Page 158 - Sela
P. 158
İLO XOSE SELA

Robin Lebosana görә, Rosaliyanın Bekkerlә1 sevgi macәrası
olub, ancaq bunu sübut elәyә bilmir. Bekker onun, demәk
olar, yaşıdı idi, ancaq ondan tez ölüb, әslindә, aralarında da
bir şey olmayıb. Xuresdәn gedәndә yolun üstündәki
Selanovadan olan Robinin babası Kurrosun “Yurdumun
havası” şeiri senyorita Ramonanın çox xoşuna gәlirdi.

– Yәqin, kitaba hәvәs sәnә ondan keçib.
– Ola bilsin.
Don Ramon Kabanilyesin “Dәniz külәyi” çox yaxşıdı;
Aros çayının üstündәki Kambadosdan olan müәllif sağ vә
salamatdı; mәn buna şadam, iyirminci әsri yarılamasaq
da, şairlәr get-gedә azalır, indi hara baxırsan futbolçudu,
bir dә әsgәr. Rozikler dә şeiri sevir, ancaq elә dә yox.
Raymundo üzünü qırxa-qırxa “Müqәddәs ürәyi” zümzümә
elәyir.
– Başqa mahnı bilmirsәn?
– Nәdi ki?
– Heç nә.
Raukonun meyxanasında içalatı sәkkizayaqlı ilbizdәn
yaxşı qızardırlar. Raymundo vә bizim kuzinamız Ramona
bütün gecәni yatmırlar, Lissabona pasxaya getdiklәri vaxtdan
daha yaxındılar; Raymundo bizim kuzinamızın yanına
gәlәndә hәmişә ağ kameliya gәtirir.
– Bu güllәri xoşuma gәldiyinin, hәmişә sәni xatırladığımın
nişanәsi kimi qәbul elә, Monço.
Rozikler Raymundoya şokolad hәdiyyә verir – hәr kәs
nәyi bacarır. Raukonun meyxanasında Fabian Mingela,
Karrupo ailәsindәn Mouço çamelo2 oynayır; Karrupolar
uduzmağı bacarmır, alınlarındakı donuz dәrisi şişir vә
ağızlarına gәlәni danışırlar. Qamuso qardaşlarının atası
Tripeyro deyirdi: itirmәyi bacarmasan, әldә etmәyi dә

1 Qustavo Adolfo Bekker (1836–1870) – ispan şairi

2 Çamelo – domino oyununun bir növü

158
   153   154   155   156   157   158   159   160   161   162   163