Page 176 - Sela
P. 176
İLO XOSE SELA

Orensedә yaşayan Xusto Nunyosun arvadı Maruxa (uşaqları
Xusto vә Xorxe Madriddә yaşayırlar), Avrora del Rionun
әri Antonio Orensedә yaşayır (iki uşaqları var: Mariya
Luiza Qonsalesin әri Xose Luis vә Eliza Kambanın әri
Roberto); Matilda Ramon Alonsoda әrdәdi (iki uşağı var:
Karlos Pilar Ximeneslә evlәnib, Alvaro subaydı); subay
Xose Madriddә, Nyeves Pereyra ilә evlәnәn Ramon Lya-
Korunyada yaşayır. Ailә dәniz kimidi, ucu-bucağı görünmür.

Ailәlәrin, ayrı-ayrı şәxslәrin, vәhşi vә ev heyvanlarının,
kişi vә qadınların, ata vә övladların, müqәddәslәrin vә
xәstәlәrin, dәfn olunanların, qovulmuşların vә sәrgәrdan
dolaşanların üstünә yağır. Qan damarda necә axırsa, o cür
şırıltıyla yağır. Qarğıdalı vә naz böyüdüyü kimi, kişi qadının
arxasınca getdiyi kimi yağır; o vaxta qәdәr gedәcәk ki, axır
qadın boğaza yığılacaq vә nifrәtdәn, sevgi vә qәzәbdәn onu
öldürәcәk. Bәlkә dә, yağış Allahdı, insanlara göz qoymaq
üçün yaxına gәlib vә bundan da heç kimin xәbәri yoxdu.
Pepino Xurelo dәlixanadan hәkimin, vәkilin vә hakimin
sayәsindә çıxdı, mәlumdu ki, gәnclәr hormonların tәsiri
nәticәsindә eksperimentlәrә vә nәzәriyyәlәrә meyillidilәr.

– Necә yәni?
– Bilmirәm, mәn vur-tut deyilәnlәri yazmışam.
Hәkim, vәkil vә hakim Pepino Xurelodan soruşublar
ki, özünü axtalatdırmağa qoyar, ya yox (xaya yoxdu, tәhlükә
dә yoxdu!), o da razılaşıb, qoy olsun. Hәkim, vәkil vә
hakim deyiblәr: “Axtalansın”.
– Bәs metabolizmdәn vә beyin kapilyarlarının kirәclәşmә-
sindәn danışmadılar?
– Ola bilsin, danışıblar, yadımda deyil...
– Müxtәlif cür ölürlәr; kimi müharibәdә, kimi sakitcә,
kimi qәzada, kimi ehtiyatsızlıq nәticәsindә, qәti bir qayda,
seçim etmәk imkanı, hamı üçün ümumi qanun yoxdu.
Kimisi qalada bayrağı qaldırıb, vәtәnpәrvәrlik şüarları

176
   171   172   173   174   175   176   177   178   179   180   181