Page 181 - Sela
P. 181
İki ölü üçün mazurka

üzünә tüpürmüşdü. – Mәn istәdiyim havanı çalıram; üzümә
tüpürmәk olar, mәni döymәk olar, bu asandı, mәn koram,
ancaq istәmәdiyimi çalmağa mәcbur elәyә bilmәzsәn. Bu
musiqi hamı üçün deyil, onu nә vaxt çalmağı yalnız mәn
bilirәm.

Marta Portuqaliyalı Sirolasla yatağa girmәk istәmәmişdi.
– Ondansa acından ölәrәm! Niyә öz kürәkәninә tüpür-
mürsәn, әclaf? Qorxursan, sәnә ilişdirә?
Parroça davadan qaçmaq üçün Sirolası bayıra çıxartdı.
– Get, get buradan, sarsaq, get özünü havaya ver, çünki
sәn sarsaqsan, get, nә vaxt çağırsalar, onda gәlәrsәn.
Sirolasın kürәkәni Tanis Qamuso hamıdan güclüdü, öz
gücüylә qürrәlәnir. Alma arağı olmasa mehriban, namuslu
arvadı Rozadan razı qalardı, – bәla alma arağındadı. Uşaqlar
üst-başı çirkli gәzir, çәkmәlәri yırtılıb; beş uşaqdı, hamısı
öz ümidinә qalıb, heç kim qayğılarına qalmır. Tanis Perelyo
da bir şey deyil, Lusio Mouronun dәyirman nohurunda
Martinili gicbәsәr Katuxa Bainte ilә lümlüt çimmәklәrindә
olsunlar; hava qızanda bәdәn sәrinlik istәyir, lәzzәt almağın
da öz xeyri var. Martinili gicbәsәr üzmәyi bilmir, nә vaxtsa
suda batacaq, onu suyun axarıyla gedib, ayıdöşәklәrinin
kölgәsindә tapacaqlar.
Tanis Qamuso palıd ağacının budaqlarında yırğalanmağı
xoşlayır, belәdә qoturun qorxusu yoxdu. Üstünә bıçaqla
inisialı cızılmış dәyәnәyi dә göydә fırladır.
– İstәyirsәn, dalını әrik kimi paralayım?
– Giclәmә, Perelyo, belә zarafat etmirlәr.
– Yaxşı. İstәyirsәn, qarnına bir dәnә vurum, nәfәsin kә-
silsin?
– Sus, köpәk!
Adeqanın rәngi ağarıb.
– Halın pisdi?
– Yox, gözlә, araq tapım.

181
   176   177   178   179   180   181   182   183   184   185   186