Page 177 - Sela
P. 177
İki ölü üçün mazurka

deyә-deyә qәhrәmancasına ölür, ancaq elәlәri dә var ki,
vәtәnpәrvәrlik qәlbindәdi, beynisә xәyallarla – fikirlәrin
onanizmiylә doludu; biz tәrәflәrdә mavritan torpağına
uyğun olan kaktus bitmir; әba, kaktus, eşşәk, kәrtәnkәlә,
keçi vә toz, çoxlu toz yoxdu; ölmәk üçün ora getmәyә
dәymәz. Tafersita mavrlarının, demәk olar, hamısı uşaqbazdı,
qoy hamısı olsun, fәrqi yoxdu. Mәrakeşdә xaincәsinә
öldürülәn Lasara Kodesalın gözlәri göy, saçları bibәr kimi
qırmızıdı. Lasaro Kodesal çılpaq Adeqanı – Allah yaradıb
da! – gözünün qabağına gәtirib günah elәyib, yada salaraq
günaha batmaq yalnız cavanlıqda olur. Heyif ki, Lasaro
Kodesal öldü, elә ölümlәr var, dәrdi ağır çәkilir, elәlәri dә
var sevinirsәn. Karrupoların alnı zәhәrli ot yeyәn maldakı
damğa kimi düyür-düyür donuz dәrisindәndi.

Qoreço Tundas çiynindә tabut, bir kanistr ağ neft vә
taxta-tuxtayla dağa qalxır.

– Hara gedirsәn, Qoreço?
– Dağa gedirәm, Müqәddәs Ruhu dәfn elәmәyә.
– İlahi, axmaqlığa bax!
– Yaxşı, axşam düşәndә görәrsәn.
Axşam düşәndә Qoreço tülkü izi olan, ayıdöşәyi basmış
münasib bir mağara tapır, tabuta uzanır, taxtalarla üstünü
örtüb, neft çilәyәrәk yandırır vә qovrula-qovrula ölür,
ancaq cınqırını belә çıxarmır, Müqәddәs Ruh ona güc verir.
Dağlarda gәzib dovşanlara tәlә quran Konça da Kona onu
tapır.
– Necә idi?
– Demәk olar, gözәl idi, çox yanmışdı, amma gözәl idi.
Qoreço Tundasın başına gәlәn hamının diqqәtini çәkdi.
– Adamlar diqqәti özlәrinә çәkmәk üçün bilmirlәr özgә
nә hoqqa çıxarsınlar.
İnsan – qәribә heyvandı, hәr şeyi tәrsinә elәyir;
doğulandan hәr şeyi öz әksinә elәyәn heyvandı. Çaya

177
   172   173   174   175   176   177   178   179   180   181   182