Page 194 - Sela
P. 194
İLO XOSE SELA

Manuelino Remiseyro Dominges qarğa yumurtasını
bala çıxarana qәdәr qoltuğunun altında saxlayır, әsas odu
ki, qәfil tәrpәnib әzmәyәsәn. Manuelino Remiseyro Dominges
bayramda qәtl törәtdiyinә görә hәbsdә yatıb.

Qarğa balası çıxandan sonra Manuelino Remiseyro
Dominges onun qayğısına qalmışdı, indi dostluq elәyirlәr.

– Qarğanın adı nәdi?
– Monço, göyöskürәkdәn ölәn kuzenimin adını qoymu-
şam. Xoşuna gәlir?
– Hә, gözәl addı, ancaq bilmirәm münasibdimi?
– Niyә olmasın?
Monço sәhәrlәr pәncәrә barmaqlığının arasından keçib
uçur.
– Qanadlarını necә çırpmağına baxmaq adama xoş gәlir;
şeytana oxşayır, çox diribaşdı.
Axşamlar gün әyilәndә Monço qayıdır, heç vaxt sәhv
elәmir, gәlib Manuelinonun ya çiyninә, ya başına qonur.
– Hәmişә qayıdır?
– Hә, senyor, mәncә, başqa bir yer tanımır da, hәmişә
gәlәndә isә şüşә qırığından, balıqqulağından, şabalıddan-
zaddan nәsә bir hәdiyyә gәtirir...
Manuelino Monçoya fit çalmağı öyrәdir, o artıq kor
Qaudensionun tәntәnәli vaxtlarda çaldığı “Körpә Marianna”
mazurkasının bir neçә taktını bilir.
– Bu mazurkanı çalmaq istәyirsәn, Qaudensio?
– Mumla, avara!
Monço bundan başqa, bir neçә söz dә bilir; Manuelino
ona salamlaşmaq öyrәtmәk istәyirdi: sabahın xeyir, don
Kristobal, axşamın xeyir, donya Rita, gecәn xeyrә, Kastora,
işiniz avand olsun. Manuelinonun yoldaşı Mamerto
Payxonun vilayәtin rayonlarını әlifba sırasıyla sayan quzğunu
var: Alyaris, Bande, Karbalino, Selanova... Qarğaya danışmağı
öyrәtmәk, qarğa kimi danışmağı öyrәnmәkdәn asandı;

194
   189   190   191   192   193   194   195   196   197   198   199