Page 105 - Sela
P. 105
Paskual Duartenin ailəsi

yatır vә heç ağlına da gәlmir ki, – ilahi, qurbanın öz
aqibәtindәn heç vaxt xәbәri olmur! – onu nә gözlәyir.
Özümü toparladım, hәtta әlimi dә qaldırdım – ancaq qolum
yenә yanıma düşdü.

Gözümü yumub zәrbәlәr endirmәk istәdim. Yox, belә
olmaz: gözüyumulu zәrbә endirmәk risklidi – zәrbә boşa
da gedә bilәr... Gözlәrini geniş açıb, zәrbәni bütün varlığınla
hiss edәrәk endirmәlisәn. Vә sakit olmalısan, sakitliyini
qorumalısan, ancaq anamı görәndә, deyәsәn, hәyәcanlanma-
ğa başladım. Vaxt keçirdi, mәnsә heykәl kimi bir yerdә
dayanıb hәlә dә mәsәlәni bitirmәyә ürәk elәmirdim. Necә
olsa da anam idi, mәni dünyaya gәtirmişdi, bircә buna
görә onu bağışlamaq olardı. Yox, elә mәni doğduğu üçün
onu bağışlaya bilmirdim. Mәni dünyaya gәtirsә dә, heç
vaxt qayğıma qalmayıb. Boş yerә vaxt itirmәyә dәymәz,
cәsarәtә gәlib mәsәlәni bitirmәk lazımdı. Bir anlığa әlimdә
bıçaq ayaq üstә yatdım, sanki canlı surәtdә cinayәtin
özüydüm... Özümü әlә almağa, toparlanmağa, diqqәtimi
cәmlәmәyә çalışdım. Bacardıqca mәsәlәni tezcә bitirmәk,
buralardan baş götürüb ayağım tutduğu qәdәr qaçmaq
istәyirdim. Taqәtdәn düşmüşdüm; onu, yuxusunu qoruyu-
rammış kimi, artıq xeyli vaxtdı yanında dayanmışdım.
Ancaq mәn axı onu öldürmәyә, mәhv elәmәyә, xәncәrlә
canını almağa gәlmişdim!

Bir saat da belәcә dayanaram. Yox, heç dә yox, bu mә-
nim qüvvәm xaricindәdi, bu mәnim ürәyimi üzürdü.
Fikirlәşdim ki, gedim. Ancaq otaqdan çıxanda birdәn sәs
salsam oyanıb mәni tanıyacaq! Yox, gedә dә bilmәzdim;
ölüm qaçılmazdı... Vәziyyәtdәn yeganә çıxış – vurmaq,
mәsәlәni tezcә bitirmәk üçün rәhm etmәdәn dalbadal
zәrbәlәr endirmәkdi.

Amma vura da bilmirdim... Sanki ümidsiz halda bataqlığa
batıb qalmışdım. Palçıq artıq boğazıma çatmışdı. Pişik

105
   100   101   102   103   104   105   106   107   108   109   110