Page 106 - Sela
P. 106
İLO XOSE SELA

balası kimi boğulacağam... Öldürmәk halında deyildim,
mәni elә bil iflic vurmrşdu.

Getmәk üçün yerimdәn tәrpәndim. Döşәmә cırıldadı.
Anam çarpayıda çevrildi.

– Kim var burda?
İndi, doğrudan da, başqa çıxış yolu yoxdu. Üstünә atı-
lıb onu çarpayıya sıxdım. O dartınıb yerindә döndü... Hәtta
boğazımdan yapışmağı da bacardı. Dәli kimi çığırırdı. Biz
tutaşdıq; bu, tәsәvvürünüzә gәtirә bilmәyәcәyiniz әn şiddәtli
çarpışma idi. Biz vәhşi heyvanlar kimi nәrildәyirdik,
ağzımızdan selik axırdı... Çarpayıda eşәlәnәndә, içәri
girmәyә cәsarәt etmәyәn, rәngi meyit kimi ağarmış arvadımı
qapının ağzında gördüm. Əlindәki lampanın işığında
anamın sifәti nazaretlinin cübbәsı kimi bәnövşәyi idi... Biz
hәlә dә çarpışırdıq; paltarım cırılmışdı, yaxam-başım
açılmışdı. Ölümә mәhkum olunmuş bu qadın şeytanın
özündәn dә möhkәmiydi. Onu susdurmaq üçün bütün
gücümü topladım. Azı on beş dәfә onu qamarladım, hәr
dәfә dә әlimdәn çıxdı. Mәni cırmaqlayırdı, әl-ayaq atırdı,
dişlәyirdi. Bir an sol döşüm ağzına keçdi vә onu dişlәriylә
qopardı. Elә hәmin anda da fürsәt tapıb xәncәri boğazına
sapladım...
Qan sifәtimә fışqırdı. O, bәtn kimi isti idi, dadı isә
eynәn qoyun qanının dadıydı.
Onu itәlәyib qapıya tәrәf cumdum. Kandarda arvadımla
toqquşdum; lampa söndü. Çölә atılıb, dayanmadan bir
neçә saat qaçdım. Çöldә hava sәrin idi vә elә bil bu mәni
bir az yüngüllәşdirdi.
Dәrindәn nәfәs aldım...

106
   101   102   103   104   105   106   107   108   109   110   111