Page 102 - Sela
P. 102
İLO XOSE SELA

ancaq yavaş-yavaş, tәlәsmәdәn yaxınlaşır. Bu gün biz onu
hiss elәmirik, bәlkә, sabah da, birisi gün dә, bir ay da hiss
etmәyәcәyik. Ancaq bir ay ötәndәn sonra hiss elәyirik ki,
ağzımızın dadı qaçıb, xatırladıqlarımız bizә ağır gәlir –
xәstәlik peyda olub. Günlәr keçir, gündüzlәri gecәlәr
әvәzlәyir, biz adamayovuşmaz, qaradinmәz oluruq;
beynimizdә fikirlәr doğulur, kim bilir, bәlkә, buna görә
başımızı qoparacaqlar ki, onun qorxunc әmәlinin qarşısını
alsınlar. Bәzәn hәftәlәrlә heç bir dәyişiklik olmur, әtrafdakılar
qaraqabaqlığımıza öyrәşir vә bizim qәribә davranışımıza
artıq tәәccüblәnmirlәr. Ancaq şәr qәfil ağac kimi boy atır,
cana-qana gәlir vә biz daha adamlarla salamlaşmırıq, onlara
isә yenә qәribә görünürük, ya elә bilirlәr eşqә düşmüşük.
Arıqlayırıq, çәnәmiz sallanır, nifrәt ürәyimizi qurudur,
yad baxışları sinirmirik, vicdanımız әzab verir, amma eybi
yoxdu, әzab verir, daha yaxşı, qoy versin. Gözümüz ağrıyır,
zәndlә baxanda, acı yaşla dolur. Düşmәn nifrәtimizin aşıb
daşdığını sezir, ancaq özündәn müştәbehdi – hissiyat
aldatmır. Bәla vaxta-vәdәyә baxmır, hәr doğulan hissin
şüşә qırıqları sәpilmiş qәlbimizdә dizin-dizin sürünmәyinә
imkan veririk. Cüyür kimi nәdәnsә diksinib yana sıçrayırıqsa,
sәsdә olan qulağımız yuxularımızı qaçırırsa, demәli, şәr
bizi tamamilә cәnginә alıb, çıxış yolu yoxdu, şәfa tapmaq
mümkünsüzdü. Vә biz yıxılırıq, sürәtlә aşağı uçuruq,
hәyatda bir daha ayağa dura bilmәyәcәyik. Bәlkә, lap son
anda, kәllәmayalaq cәhәnnәmә vasil olmamışdan әvvәl
azca dikәlә bildik... Dәhşәtli azardı...

Milçәklәr cәmdәyin iyinә yığışan kimi, anam da sәbrimlә
oynayıb mәni haldan çıxarırdı. Udduğum kәdәr ürәyimi
zәhәrlәmişdi; başımda elә fikirlәr dolaşırdı ki, hikkәmdәn
özüm ehtiyat elәmәyә başladım. Anamı görmәk istәmirdim.
İçimdә hәmin ağrı, baxışlarımı dumanlandıran tufanqabağı
hәmin narahatlıqla bir-birinә oxşayan günlәr sürünüb gedirdi.

102
   97   98   99   100   101   102   103   104   105   106   107