Page 413 - Sela
P. 413
El şənliyi
qaşlarını düyünlәmişdi ki, kefi olmadığını hamı bilsin.
Qayınana mineral sudan hәr qurtum aldıqca, dәrindәn
nәfәs alırdı.

– Yenә istәyirsәn?
– Yox, çox sağ ol. Toxam.
– Necә dә zәrif olmusan!
– Yox, arvad, hәmişәki kimi...
Uzun sükutdan sonra qayınana ürәyindәki sözü
saxlamadı.
– Mәn qarışmaq istәmirәm, öz işinizdi. Ancaq uşaqları
bu cür sәfәrә aparmağın vәhşilik olduğunu hәmişә demişәm.
Qız başını qaldırıb anasına baxdı; heç nә barәdә dü-
şünmürdü. Kürәkәn başını aşağı salıb, gözlәrini boşqabdakı
qızardılmış balığa dikmişdı. Fikrini yenә tәzә müәssisәnin
maraqlı layihәsindә cәmlәmәyә çalışdı.
Hәr üçü başları üstündә qara buludların sıxlaşdığını
hiss elәyirdi.

413
   408   409   410   411   412   413   414   415   416   417   418