Page 410 - Sela
P. 410
İLO XOSE SELA
Bu meyxana dәrdimi,
Dağıtmırsa bir tikә,
Görüm yanıb kül olsun
Sahibiylә birgә.
Kefli kişilәr kiminsә çәkmәsini qabaqlarına qatmışdılar,
kasıblar isә arvadlı-kişili xorla oxuyurdular:
Əgәr sevdiyin deyilәmsә,
De, mәnim günahım nәdi.
Belә sәfeh mahnını necә ciddi görkәmlә oxumaqlarına
baxanda, adamı qüssә bürüyürdü.
Ailә geri qayıdanda günәş üfüqdәki buludları qırmızı
rәngә boyamışdı.
IV
QAYIDIŞ
Bizim ailә üzvlәri gәzintidә elә dә şәnlәnmәdiklәrini
ürәklәrinin dәrinliyindә dәrk elәyirdilәr. Şәnliyi arxada
qoyub, ailә yolla üzüaşağı gedirdi, hamı kәdәrli idi, islanmış
köhnә akkordeon kimi sәslәri çıxmırdı. Dağdan adamın
sümüyünә işlәyәn külәk qalxmışdı, ailә bir-birinә sıxılıb
dinmәzcә addımlayırdı. Ayaqlar taqәtdәn düşmüş, başda
yellәr oynayır, ürәkdә mәyusluq, saçlar, pal-paltar toza
batmış, boğazlar qurumuş, bәdәnlәr isә soyuqdan titrәyirdi.
İki yüz-üç yüz addım atmamışdılar ki, yola qaranlıq
çökdü: dağlarda tәk-tәnha dolaşan yasa batmış divanә
qadının paltarı kimi qara, aysız gecәydi. Şam meşәsindәn
bayquşların ulartısı eşidilirdi, yarasalar isә başlarının
üstündәn dәli kimi uçurdular. Hәrdәn yolçuları hansısa
velosipedçi, ya atlı ötüb-keçirdi, şәnliyin hay-küyü isә
410