Page 407 - Sela
P. 407
El şənliyi
III
ŞƏNLİKDƏ
Ailә şәnliyә ağızlarında şirin dadla gәldilәr; sitro tozla
qarışanda damaqda şirin tәbәqә әmәlә gәtirir, hәmin
tәbәqәni, az qala, yağ kimi çeynәmәk olar.
Şәnlik әsgәrlәrlә dolu idi, onlar artıq bir aydı bu yerlәrdә
tәlim keçirdilәr; komandirlәri onları şәnliyә buraxmışdı.
– Bu gün mәşğәlәdәn sonra, – çavuşlar deyirdilәr, –
gün batana qәdәr buraxılırsınız. İçmәk vә mülki adamlarla
dava-dalaş salmaq qadağandır. Nizam-intizama riayәt
etmәk üçün patrullar ciddi әmr alıblar. Polkovnikin әmridir!
Azadsınız!
Əsgәrlәr, doğrudan da, çox idilәr, ancaq özlәrini nü-
munәvi aparırdılar. Bәzilәri qulluqçularla rәqs elәyir,
bәzilәri yaxşı qәlyanaltıları olan ailәlәrin süfrәsindә oturub
söhbәtlәşir, bәzilәri dә Əndәlüs lәhcәsindә mahnı oxuyurdu:
Əlvida, Pamplona,
Pamplona,
Sevgilim mәnim!
Haçan, Pamplona,
Bir dә sәni görәcәyәm?
Vәtәndaş müharibәsi vaxtlarının mahnısı idi; onlar bu
müharibәdә iştirak etmәmişdilәr, çünki onda on bir-on iki
yaşları olardı; belә mahnılar atadan oğula keçәn soyad ki-
mi çağırışdan-çağırışa keçirdi. İkinci bәnddә belә oxuyur-
dular:
Qızların ayaqları, gözlәri,
Ayaqları, gözlәri
Çәkmәz, çağırmaz mәni.
Çünki vәtәn gözlәyir,
Çünki vәtәn çağırır.
Əsgәrlәr kefli deyildilәr, yalnız bәzilәri kefli kimi
sәndirlәyirdilәr.
407