Page 405 - Sela
P. 405
El şənliyi
Adelitanın arabasına qoyub köynәyinin qollarını
çırmalamışdı vә indi qolları gündәn qızarmışdı. Luis
öyrәşmәdiyimizә görә belә olduğunu, dostlarından birinin
atasının hәtta dәrisinin çıxdığını dedi. Enkarnita da bunu
tәsdiqlәdi; hündür daşın üstündә oturmuş qırmızı donlu,
iri bantlı qız çox gözәl idi, kilsә mәrasimlәrindәki mәlәyә
oxşayırdı.
Bu yerdә iki nәvәsiylә nәnә, az sonra qucağında körpә
olan ana gәlib çatdı; onlar da nәfәslәrini dәrmәk üçün
oturdular vә buranın mәnzәrәli olduğunu, yayda belә
dincәlib qışa güc yığmağın Tanrı nemәti olduğunu dedilәr.
– Belә gәzinti ovqatı yaxşılaşdırır, – donna Adela
mineral sudan bir qurtum içib dedi.
Qalanları da su içmәk istәyirdilәr, ancaq dözmәyә
mәcbur idilәr, çünki qarının butulkası hindlilәrin müqәddәs
inәyi kimi toxunulmazdı, üstәlik, iki mil әtrafda bircә dәnә
dә bulaq yox idi. Heyif ki, işlәrini әvvәldәn ehtiyatlı
tutmayıblar, axı hәrәsi bir butulka su götürә bilәrdi; ancaq
keçәnә güzәşt deyәrlәr.
Ağızları quruyan, yorğunluqdan ayaqları gizildәyәn
ailә üzvlәri toz basmış paltarda şamların kölgәsindә oturub
özlәrini xoşbәxt hiss elәmәyә çalışırdılar. Tәkcә yanğısını
söndürәn nәnә danışırdı:
– Cavanlığımda da şәnlik belә olurdu!
Ancaq nә ailә başçısı, nә uşaqlarla ana ona qulaq asırdı;
bu mövzu artıq zәhlәlәrini tökmüşdü, qarı hәm dә sözünün
kәsilmәsini xoşlamırdı. Bir dәfә yenә “cavanlığımda”
sözünün üstündәn kürәkәn cәsarәtlәnib dilindәn qaçırmışdı:
“Kral Amadeonun1 dövrünü nәzәrdә tutursunuz?” Onda
bir hәngamә qopmuşdu, heç xatırlamasaq yaxşıdı. Ailә
başçısı hadisәni kuzeni vә iş yoldaşı, ürәk dostu Xayme
Kolyadoya danışanda bu qalmaqalı “hәrbi qiyam”
adlandırmışdı.
1 Amadeon – 1871–1873 illərdə İspaniya kralı
405