Page 406 - Sela
P. 406
İLO XOSE SELA

Hamı sakitcә dincәlәndә böyük oğlan birdәn sıçrayıb
qışqırdı:

– Ay!
O demәk istәyirdi:
– Baxın, qazlı su satan!
Ancaq bunun әvәzinә yalnız “ay” dedi. Üstündә
oturduqları daş qatranlı idi; uşağın paltarı bulaşmışdı.
Donna Adeladan başqa, hamı ayağa qalxdı; üst-başları
qatrana batmışdı.
Donna Enkarnasyon әrinә çәmkirdi:
– Sözüm yoxdu, yaman da yer seçmisәn! Hamısı da sizi
irәli buraxdığıma görәdi!
Ailә başçısı onu sakitlәşdirmәyә çalışdı.
– Rahat ol, arvad, kimyәvi tәmizlәmәyә verәrik.
– Kimyәvi tәmizlәmәyә bax! Bunu heç bir kimyәvi tә-
mizlәmә aparmaz!
Donna Adela oturduğu yerdә dillәndi ki, qızı doğru
deyir, heç bir tәmizlәmә bunu aparmaz, buradan pis yer
seçmәk olmazdı.
– Şam ağacının altı özgә nә cür olasıydı ki? Aydın
mәsәlәdi ki, qatran olacaqdı!
Bu vaxt sәrinlәşdirici sular satan yaxınlaşdı.
– Su, qazlı su! Senyora, – donna Adelaya müraciәt elәdi, –
hamınızın üst-başı qatrana batıb.
Ailә başçısı günahını yumaq üçün satıcıdan soruşdu:
– Suların soyuqdu?
– Əlbәttә!
– Yaxşı, dörd şüşә ver.
Su bulyon kimi isti idi, diş mәcunu dadını verirdi.
Allaha şükür ki, şәnliyә, necә deyәrlәr, әl uzatsan çatardı.

406
   401   402   403   404   405   406   407   408   409   410   411