Page 414 - Sela
P. 414
MƏSİHLƏR KLUBU

Klubun üzvü Xuanito Ortis Rebolyado bir dәfә
keflәnib, don Anselmanın çox xoşuna gәlәn
Amerikadakı mәşәqqәtlәrindәn danışmağa
başladı.
Quru qoşunları – nәzarәtçi, aptekçi, keşiş – ağızlarını
açıb, gözlәrini bәrәldib heyranlıqla ona baxırdılar. Xuanito
Ortis Rebolyado böyük adam idi. Dәniz canavarı...
Xuanito söhbәtinә belә başladı:

I
Əgәr Santusdan elә ilk gәmiylә getmәsәm, hәbsә
salacaqları ilә hәdәlәyib Braziliyadan qovanda, çirkli, isti,
zәnci qulluqçu kimi fısıldayan “Ay işığı” mәni Mayamidә,
qızıl Mayamidә sahilә çıxardı.
Şimali Amerikada heç kimi (kuzenlәrim Koffinlәri
demirәm, onlar hәlә o vaxt mәni görmәk istәmirdilәr)
tanımırdım. Ancaq özümә tәskinlik verirdim ki, “Ay işığı”
Cәnubi Afrikaya, Odlu Torpağa, ya Şpitsbergenә istiqamәt
götürsәydi, daha pis olardı. Gәrәk hәr şeydә yaxşı tәrәfi
görәsәn.
Quruya çıxanda cibimdә bir peset dә yox idi vә indi ilk
dolları qazanmağın mәnә nәyin bahasına başa gәldiyini
xatırlayanda, “Ay işığı”nın anbarında paltarıma hopan
qәhvә qoxusu haqda tәәssüflә düşünürәm; әgәr ehtiyac
ucbatından arpa surroqatı vә başqa iyrәnc şeylәr içәnlәrin
qarşısında özümü alçaltsaydım, yaxşı qazana bilәrdim.
Ancaq neylәyәsәn! Vaxt gedirdi, açıq sәma altında
keçirdiyim gecәlәr vә bağlardan banan oğurlayanda polislә
qaçış yarışına çıxmağım pencәyimdәn, köynәyimdәn o
gözәl qoxunu silib aparmışdı vә indi, üstündәn neçә illәr
ötәndәn sonra bu haqda düşünmәmәk yaxşıdı.

414
   409   410   411   412   413   414   415   416   417   418   419