Page 396 - Sela
P. 396
İLO XOSE SELA
adamlardan deyildi, ancaq hәmin an az qaldı dabanına
tüpürsün. Qarşısında bir fincan südlü qәhvә key-key
qarılarla üzbәüz oturdu; qәşәng, iri fincanın qulpu yox idi.
Donna Diqna sözünә davam elәdi:
– Görürsünüz, Ortis, kim deyәrdi, zavallı Ermelindanın
axırı belә olacaq!
– Elәdi, elәdi.
– Belә cavan, vur-tut әlli bir yaşı vardı. Tanrı onun
günahlarından keçsin!
– Zavallı!..
Serafin bilmirdi başını hara soxsun. Özünü tamam
itirmişdi, soyumağını gözlәmәdiyi qәhvә boğazını yandırıb
onu öskürtdü.
Donna Diqna sözünә davam elәdi:
– Görürsünüz, mәgәr burada sakitcә yaşamaq olar?
Lampanın işığında corab toxuyan donna Perfekta
hәmişәki kimi dәrindәn köks ötürdü.
– Ah!
Donna Diqna söhbәti mәcrasından çıxmağa qoymadı.
– Axı biz dә indi hәmin yaşdayıq... Ortis, inanın ki,
hәrdәn düşünürәm, Tanrı bizә qarşı çox mәrhәmәtlidi...
Zavallı Basilisaya qovuşmaq üçün hәr an bizi apara bilәr...
Əvvәllәr heç vaxt hiss elәmәdiyi qorxu Serafini bürüdü...
Özünә ürәk-dirәk verdi: karabinerә bax, qorxdu! Ancaq
qorxu keçmirdi. Serafin soyuqqanlılığını, özünә inamını
itirirdi... Eh, әgәr Madureyra fikrindәn daşınsaydı!
Donna Diqna susmaq bilmirdi.
– Şeytan da bir yandan adamı yoldan çıxarır... Ata,
oğul vә müqәddәs ruh naminә, amin! Deyilәnә görә, hәtta
lap böyük müqәddәslәr belә onu yoldan çıxarmağa çalışan
cin-şәyatindәn әzab çәkiblәr, inanırsınız?
Serafin sanki yuxudan ayıldı.
– İnanıram! Hәm dә necә, adam demәyә dә qorxur!
Donna Diqna özünü xoşbәxt hiss elәdi. Bu Ortis insan
nәslinin düşmәnlәrindәn nәlәr bilmirdi!
396