Page 395 - Sela
P. 395
Karabinerin cinayəti

razılaşdı, ancaq bir şәrtlә ki, hәr necә olur-olsun, qarılara
barmağını belә toxundurmasın.

Hәr şeyi düşünüb-daşınıb mәqam gözlәdilәr vә günlәrin
bir günü, Fransa kralı müqәddәs Lüdovik günündә,
Madureyranın dediyi kimi, böyük işә girişdilәr.

Hәr şey yerli-yerindә düşünülmüşdü: Serafin hәmişәki
kimi, qonaq gedәcәkdi, bir fincan südlü qәhvә içib, şeytandan
söz salacaqdı, Madureyra isә zәng edib, Serafini soruşacaqdı.
Sonra o, içәri girib – üzü maska ilә örtülü olacaqdı – әgәr
qışqırsalar, qarıları öldürәcәyiylә hәdәlәyәcәkdi. Serafin
özünü elә göstәrәcәkdi, guya onları müdafiә elәyir, ikilikdә
qarıları koridordakı şkafa soxacaqdılar, işi qurtarandan
sonra isә qanı qaralmış Serafin onları şkafdan çıxaracaqdı.

İki çәtinlik qalmışdı: mulat Dolores vә Serafinin
dindirilmәsi. Doloreslә bağlı belә qәrara gәldilәr ki, basqından
iki gün qabaq Valensa du Munyodan mәktub yollasınlar
ki, bacın Ermelinda cüzamdan ölür, tәcili gәlmәlidi. Belә
mәktub qulluqçunu, şübhәsiz, qorxudacaqdı. Çox düşünәn-
dәn sonra belә razılaşdılar ki, Serafinin әl-qolunu bağlasınlar,
ağzını da tıxasınlar: mәhkәmәdә soyğunçuların iki nәfәr
olduğunu deyәr. Qarılar isә şkafda qalmalı olacaqlar,
bundan ölüb elәmәzlәr.

Düşünüb-daşındılar – o cür dә baş verdi.
Donna Diqna pillәkәnin yanıyla uzanan zәncirdәn dartıb
Serafinә qapını açanda, üzrxahlıq elәmәyi lazım bildi:
– Bizim Dolores yoxdu, bilirsiniz?
– Nә olub?
– Valensaya gedib, bacısı ölüm ayağındadı.
– Vay-vay!
– Biçarә qız cüzamdan ölür, bilmirdiniz?
– Heç xәbәrim yoxdu, donna Diqna.
– Biz heç nәyik, Ortis, heç nә! Yalnız Tanrıya xidmәt
edәnlәr...
Bu sözlәr Serafinin ürәyini yerindәn oynatdı, ölәn
oğlunun sifәti gözünün qabağına gәldi. O, qorxan

395
   390   391   392   393   394   395   396   397   398   399   400