Page 266 - Sela
P. 266
İLO XOSE SELA

Bu, Allahın verdiyi cәzadı, biz şübhәsiz ki, Allahı öz
günahlarımızla tәhqir etmişik, çünki әvvәllәr yer göylәrin
yarmarkası idi, indi isә bu iztirablı, kortәbii, vәhşicәsinә
vurnuxmanın içindә cәhәnnәmә çevrilib.

– Ya da mәhşәrә?
– Bәlkә dә, elәdi, çıxış yolu axtarmayın, әslindә, bizә
yalnız çürümәk qalıb.
Xesusa xalanın adaxlısı Rikardo Vaskes Vilarinyonun,
çox guman, ürәyindәn vurublar; kim cavab verә bilәr: bir
yerdә götürәndә nә qәdәr qırmızılardan, nә qәdәr dә
millәtçilәrdәn ölüb? Kor akkordeonçu Qaudensionun üzünә
tüpürәn Tanis Qamusonun qayınatası Eutelo – zibildi, heç
salam vermәyә dә dәymәz.
– Eutelo.
– Eşidirәm.
– Get, rәdd ol.
– Yaxşı, senyor.
Eutelo çox hürküb, Parroçanın fahişәxanasında tәsәlli
tapmağa çalışır, ancaq ona icazә vermirlәr.
– Niyә öz kürәkәninin üzünә tüpürmürsәn, әclaf?
Marta Portuqaliyalının Eutelonu görmәyә gözü yoxdu,
ona Afrika kini bәslәyir.
– Korun üzünә tüpürmәk asandı, elә? Niyә özünü
müdafiә elәmәk gücündә olan kişiyә sataşmırsan? Qorxursan
ağzının üstündәn vurarlar?..
Senyorita Ramonanın sözünә baxmayaraq, Robin Lebosan
onun yanında qaldı.
– Sәni bezdirmәyәcәyimә söz verirәm, Monça, hәr gün
tәnhalıq mәni daha çox sıxır.
– Mәni dә. Bu ev tәnha qadın üçün çox böyükdü.
Senyorita Ramona, deyәsәn, bir az arıqlayıb.
– Bu yerlәrin öz qanunu var, Robin, hansısa yaramaz
bunu pozdu, kimin haqqında danışdığımı bilirsәn, bizim

266
   261   262   263   264   265   266   267   268   269   270   271