Page 263 - Sela
P. 263
İki ölü üçün mazurka

Reyi, Ramon İqlesias adlandırmağa başladılar vә o, atasının
milyon real mirasını itirdi, belә mәsәlәlәrdә gәrәk zirәk
olasan.

– Bәs pullar hara yoxa çıxdı?
– Ay bildin ha! Çox ola bilsin ki, bacaranlar bölüşdürüb,
hamı yaşamaq istәyir, hәrә bir yandan oğurlayır.
Baş verәn hadisәlәr Kleto dayını dilxor elәyib, әsәblәrin
pis olmağı – pis tәrbiyәnin nәticәsidi, bu, hәr şeydәn әvvәl
padre Santistebana aiddi, bacılar, üzr istәyirәm, ancaq
padre Santisteban adi adamdı, tәrbiyәsizdi, әba geyinmiş
arabaçıdı, beynindә kәpәkdәn başqa, bir şey yoxdu. İmkanı
olsa, hamını sorğu-suala tutub, günahlarımızın bağışlanması
üçün dua elәyәrdi vә onda kifayәt qәdәr yetkinlәşib Allaha
yarınardıq, arfa çalmaq üçün bizi o dünyaya göndәrәrdi.
Padre Santisteban qanmazdı, bircә kaskarilyo yemәyi
bacarır.
– Ona qulaq asmaq istәmirsinizsә, başınıza balınc basın.
Senyorita Ramona Robin Lebosanın peysәrini sığallayır,
ikisi dә daş skamyada oturub; axşam düşәndә böcәk öz
qara zirehindә uçur, payızbülbülü hortenziyaların üstündә
oxuyur, qırxayaq isә qızılgüllәrin saplağında sürünür –
bu, müharibәnin ortasında sülhdü.
– Çox kәdәrliyәm, Robin, istәyirәm nәsә soruşasan,
mәnsә cavab vermәyәm.
Robin ağrıyla gülümsәdi.
– Sәni öpüm?
Senyorita Ramona da gülümsәyib dillәnmәdi, ancaq
öpüş verdi.
– Mәn dә sәnin kimi kәdәrliyәm, Monçinya, hәm dә
mәni vahimә basır. Bu dәhşәtli olar, amma millәtçilәr
müharibәni udsa, lap pis olacaq, soruşma niyә, bilmirәm,
necә izah elәyim, nәsә izah elәmәk istәmirәm.

263
   258   259   260   261   262   263   264   265   266   267   268