Page 258 - Sela
P. 258
İLO XOSE SELA

bәnövşәyi, ya brilyant kimi ağ olurdu vә iblis onu satqıncasına
öldürmәk istәyirdi, vur-tut iki yüz addım qalmışdı.

Fina Pontevedreska qәhvә dәyirmanı kimidi, Fina
Pontevedreska “Tәrpәn, İrena” Kuba rәqsini oynamağı
xoşlayır; onun әri ölüb, iradәsiz adam idi, ona görә qatarın
altında qaldı.

Fabian Mingelanın adamları öldürülәn yoldaşlarının
pul kisәsini vә sәnәdlәrini götürüb onu qanova atıb getdilәr;
gecә, yolçuların ürәyini sıxan, ürәklәrindә әks-sәda verәn
minlәrlә sәslә, minlәrlә sәssizliklә doluydu. Fabian
Mingelanın rәngi ağarıb, ancaq, adәtәn, olduğundan çox
yox, o, hәmişә belәdi. O soruşur:

– Nәdi, qorxursan?
Pepinyo Xurelo mәrhәmәt dilәmәk üçün hәr sәhәr
messaya gedir.
– Doğrudur ki, mәrhәmәtli olmağın bir yolu da ölülәri
basdırmaqdı?
– Elәdi, övladım.
Pepinyo Xurelo hürküb, ağlından gәlәn zәif işığı zorla
sezir.
Fabian Mingelanın saqqalı seyrәkdi, dörd tük orada,
dörd tük burada.
– Fikrimcә, daha kartda fırıldağımı tutmayacaqsan.
Danışmaq istәmirsәn?
Fabian Mingelanın әllәri ilbizә oxşayır, nәm, soyuq,
ölümün astanasında dayanmış, demәk olar, ölmüş xәstәnin
әli kimi solğun, – hava verin, sizdә o çoxdu.
– İsa Mәsihә dua elәmәk istәmirsәn?
Fabian Mingela San-Modestonun qurbağaları kimi
hәmişә yana baxır, vur-tut üç dәnә qurbağadı, ancaq elә
bilirsәn yüzdülәr.
– Şalvarı batırmısan?
Fabian Mingelanın sәsi Əhdi-әtiqdәki yeddi bakirә qızın
sәsi kimi nazikdi.

258
   253   254   255   256   257   258   259   260   261   262   263