Page 256 - Sela
P. 256
İLO XOSE SELA

Burada hamı millәtçidi, mәn dә onların әn öncülü, evimdә
kiminsә buna şübhә etmәsinә heç vәchlә yol vermәrәm,
eşidirsiniz? Heç vәchlә! Üzr istәmәsәniz, don Oskara zәng
elәyәcәyәm, o, әn yaxın dostumdu, ona da izahat vermәli
olacaqsınız. Burada, evimdә adamlar әylәnirlәr, konspirasiya
ilә mәşğul olmurlar, anladınız?

Don Lesmes quyruğunu qısdı:
– Bağışlayın, elә bildim, bombadı, mәni başa düşün.
Kasandulflardan Raymundo don Oskarın kim olduğunu
bilmir, ancaq soruşmur da. Niyә? Mәgәr bordellәrdә nәlәr
baş verdiyini bilmәk çox vacibdi? Biz millәtçilәr Toledonu
tutmuşuq (niyә “biz”?) vә Alkasarı azad etmişik;
Kasandulflardan Raymundo deyir ki, gicgahları atır, yәqin,
hәrarәti var. Franko quru qoşunlarının, dәniz vә hava
qüvvәlәrinin generalissimusu elan olunub, Robin Lebosan
deyir ki, orduya özü yazılmayacaq, qoy vaxtı çatanda
çağırsınlar, hәr kәs öz yoluyla gedir, gedәcәk dә, senyorita
Ramona at minir, peçenye yeyir vә hәr vaxt fikirlәşir; biz
millәtçilәr Madridin qapısına çatmışıq, niyә mәhz “biz”?
Kasandulflardan Raymundo kәndә mәzuniyyәtә gәlәndә
senyorita Ramonanı kefsiz gördü.
– Sәnә nә olub?
– Heç nә, nә üçün soruşursan?
– Fikirlәşdim ki, nәsә olub.
Senyorita Ramonanın әn qoca qulluqçusu Purinyo
Korreqonu sәhәr-sәhәr ölü tapmışdılar.
– Necә olub?
– Yәqin, qocalıqdan ölüb, bu, hamının qismәtindәdi,
bәzilәri qocalıq yaşına da çatmırlar.
Atasının vaxtından senyorita Ramonaya qalanlar indi
yalnız Antonio Veqadekabo vә Sabela Soulesindi.
– Bir dә tutuquşu.
– Yaxşı, aydın mәsәlәdi, bir dә tutuquşu.

256
   251   252   253   254   255   256   257   258   259   260   261