Page 255 - Sela
P. 255
İki ölü üçün mazurka

yatırdılar, iki cәbhә xәttini keçib, Noqeyra de Ramuinin
Nespereyra kәndinә, Karbaleyra icmasına çatdılar, orada
bıçaqitilәyәnlәr vә onlar kimi biçinçilәr yaşayırdılar; gedәndә
gül kimi açmışdılar, gәlәndә zәnci kimi qara idilәr. Allah
özü saxlasın!

– Sağ çatacağımıza hәmişә inanırdın?
– Hә...
Kor bağırsağından әmәliyyat edilәndәn sonra Dolorinya
Alontro ilә mәşğul olan ilk erkәk – tәcrübә keçәn hәkim,
sadә cәrrahiyyә mütәxәssisi, siyasi vә vәtәnpәrvәr mühafizә
dәstәsinә oxşar “La Korunyanın cәngavәrlәri” mülki
milisinin rәhbәrlәrindәn biri don Lesmes Kabeson Ortiqeyra
oldu.
– Buran ağrıyır?
– Hә, senyor.
Şayiәlәrә görә, don Lesmesin adı Ratı düşәrgәsindәki
әmәliyyatla vә “Dirçәliş”, “Mәslәk vә Əmәl” mason
tәşkilatlarına hücumda hallanır, belә dә olur: sәni yaxınlarının
qәtlinә cәlb elәyirlәr, qәfildәn meyitlәrin arasında peyda
olursan, başa düşürsәn ki, öldürülüb torpağa sәrilmisәn.
Don Lesmes Apaçanın evinә gәldiyini gizlәdir, vәzifә
rәsmiyyәti gözlәmәyi tәlәb elәyir, o, Dolorinyaya dedi ki,
keşişdi, adı da don Visentedi.
– Heç kimә demә, övladım, bәndә zәif vә günahkardı,
özün bilirsәn.
– Elәdi, senyor.
Bir gecә don Lesmes hay-küy qaldırdı, işlәdiyi yerdә
konserv bankası partlamışdı vә aydındı ki, onu qorxutmuşdu.
– Tәxribat, tәxribat! – don Lesmes şalvarını düymәlәyә-
düymәlәyә bağırırdı. – Bu qәsddi! Hücum cәhdidi! Bura
qırmızıların yuvasıdı!
Apaça onu dayandırdı:
– Qulaq asın, don Lesmes, sizә olan bütün hörmәtimlә
deyirәm ki, burada qırmızı-zad yoxdu, başa düşürsünüz?

255
   250   251   252   253   254   255   256   257   258   259   260