Page 238 - Sela
P. 238
İLO XOSE SELA
– Hәr şeydәn әvvәl, sus, mәni әylәndirmәk vә susmaq
üçün burdasan, başa düşürsәn?
Rozaliya Trasulfe hәr şeylә razılaşırdı, Sarsaq Keçi heç
vaxt sarsaq olmayıb.
– Mәn sağam, ancaq Mouço ölüb; mәncә, hәr kәs hәyatı-
nı yaşadığı kimi başa vurur, hәrdәn dә yox, ancaq, demәk
olar, hәmişә elәdi.
Robin Lebosanın evindә indicә La Korunyadan gәlmiş
kuzeni Andres Buqaleyra nahar elәyir.
Sәnәtkarlar meydanında Baroxa, Unamuno, Orteqa-
Qasset, Maranyon vә Blasko İbanesin kitablarını yandırıblar,
aydın mәsәlәdi, ancaq Volter vә Russoya toxunmayıblar,
görünür, başqa cür sәslәndiyi üçün.
Qәzetlәr xәbәr verir: “Çürüntünü, cızma-qaranı sular
aparsın deyә İspaniya әleyhinә cinayәtkar tәbliğatdan vә
iyrәnc pornoqrafiyadan ibarәt bir yığın kitab vә vәrәqәlәr
dәniz sahilindә yandırılıb”.
– Əri öldürülәndәn sonra Esperansanı görmüsәn?
– Yox, xәbәr göndәrib ki, onlara gәlmәyim.
Robin Lebosanın kuzeni Andres gizlicә Portuqaliyaya
keçmәk istәyir.
– Pulun varsa, sәrhәdә tez çata bilәrsәnsә, yaxşı olar,
Lissabondan Avropanın hәr yerinә gedә bilәrsәn, pulun
yoxdusa, ehtiyatla get, sәrhәdçilәr hamını yaxalayıb, Tuya
göndәrirlәr – pis yerdi.
Poke Qamusonun Avelaynosdan olan hәyat yoldaşı
Çelo Domingesә bütün arvadlar hәsәd aparırlar.
– Tanrı tövbә etmiş bizlәri amin demәyә çağırsın, deyir-
lәr, Rokenin karalyosu altı aylıq tülkü boydadı.
– Boş-boş danışma! Bütün karalyolar eynidi.
– Ehh, elә şeylәr var ki, onu görmәyin özü xoşbәxtlikdi,
elәlәri dә var ki, soxulcana oxşayırlar.
– Əzizim, baxır nisbәtinә.
238