Page 241 - Sela
P. 241
İki ölü üçün mazurka

xoşdu. Gәnc çoban, kasıb, gözәl Marikinya hәr sәhәr
Kantarinyas dağında bir inәk, iki qoyun vә üç keçi otarırdı.
Sağsağan Monço fit çalmağı öyrәnir, kor Qaudensionun
yalnız istәyәndә çaldığı mazurkanın artıq bir neçә taktını
bilir. Marikinyanın anası duldu, onun evindә kasıblığın vә
tәlaşın qoxusuna yaxşı bәlәddilәr. Don Klaudio Dopiko
Labuneyro müәllimdi, indi müәllimlәrin vәziyyәti yaxşı
deyil; ev sahibәsi donya Elvira ilә gәzir, deyәsәn, qulluqçu
Kastoro ilә dә yatır.

Roziklerin radiolanı vitrolo adlandıran argentinalı
qohumları Buenos-Ayresә gediblәr, onda don Xesus
Mansanedo cib dәftәrçәsindә Roziklerin atası İnosensio
Soleyros Nande haqqında yazmışdı: N37, 36-cı ilin 21
oktyabrı, “Alto del Furiolo” bankının işçisi tövbә edәrәk
(yalandı!) öldü; onlar gedәcәklәrini demişdilәr, getdilәr
dә, mәncә, düz elәdilәr.

– Qırğın olacaq, kimin canını qurtarıb-qurtarmayacağını
heç kim bilmir, Troya yanğını olacaq, biz burada
qalmayacağıq, bu, ispanların öz işidi.

Xesusa xala bu yaxınlarda bәrk xәstәlәnmişdi.
– Hәkim çağırmışdın?
– Hә.
– Nә dedi?
– Dedi, yazıq qocalıb, әldәn düşüb, elә bir şeyi yoxdu,
sadәcә qocalır, ürәyi tәdricәn gücdәn düşür.
– Allah özü bilәn mәslәhәtdi!
Onu yoluxmağa gedәndә, hәr şeyi çox müәmmalı
gördüm, Vespora daha ölümdәn xәbәr vermәk gücündә
deyildi, Kleto dayı dalbadal, gündә yüz, yüz әlli dәfә
yalnız “Mәni pomidorla öldürә bilmәzsәn”i oxuyur, axırda
özü özünü eşitmir, sanki palıdlıqda külәk vıyıldayır. Emiliya
xala ilә Kleto dayı Xesusa xala üçün qәbiristanlıqda yer
üstündә mübahisә elәyirlәr, o hәlә meyit deyil, ancaq hәr
an meyit ola bilәr.

241
   236   237   238   239   240   241   242   243   244   245   246