Page 240 - Sela
P. 240
İLO XOSE SELA

Kleto dayının küçüyü Vespora bütün gecәni ulayır,
görünür, havadan ölüm qoxusu duyur, Xesusa vә Emiliya
xala ürәklәrinә nәsә damdığından heç vaxt olmadığı qәdәr
dua elәyirlәr, heç vaxt olmadığı qәdәr pıçıldaşırlar vә daha
tez-tez, daha bol-bol işәyirlәr, mәsәlә ondadı ki, saxlamaq
qabiliyyәtini bilmәrrә itiriblәr, bir ucdan siyirlәr, ev ümumi
tualet qoxuyur.

– Pişik iylәnir.
– Elәdi, pişik iylәnir! Qoca pinti arvadların iyi gәlir.
– İlahi!
Keşişin üzümlüyündәn asılan ölü heyvanlar tәdricәn
çürüyürlәr, artıq nәyә oxşadıqları da bilinmir.
– Acığa düşüb atmır?
– Elәdi.
San Migel de Businyos kilsәsinin keşişi don Merexildonun
qulluqçusu Dolores teleqrafın işçisi Alifonso Martinesi
gizlәtmişdi, axtaranda onu tapmadılar.
– Buradan keçmәyib?
– Özüm ölüm ki, yox!
Don Merexildo Alifonsoya dedi:
– Qoy tufan keçsin, hәlә ayağını çölә qoyma, bu ömrü
boyu davam elәyә bilmәz.
– Elәdi, senyor, sağ olun, qorxum Fabian Mingeladandı
(Karrupolar nәslindәn Mouço), deyirlәr, bir dәstә silahlıyla
bura gәlir.
– Qorxma, baxarsan, nә qәdәr ki, kәnddәyәm, bura
gәlmәz.
– Sözlәrinizi Allah eşitsin...
Marikinya Limiyada, Vilar de Santos bәlәdiyyәsinin
Toxedinyo kәndindә, Parada de Oteyro icmasında yaşayırdı,
bu, çoxdan, mavrların vaxtında olmuşdu. Dustaq Manuelinyo
Remeseyro Domingesin sağsağanının adı Monçodu
(vәrәmdәn ölәn kuzenim kimi), onun uçuşuna baxmaq

240
   235   236   237   238   239   240   241   242   243   244   245