Page 239 - Sela
P. 239
İki ölü üçün mazurka
– Nәyә nisbәtәn?
– Nәyә, nәyә! Sәfehsәn, nәsәn?
Taxta ayaqlı Monço Preqisas Mikaela xalası haqqında
qüssәylә danışır:
– Gözәl uşaqlıq xatirәlәrim yadımdan çıxmaz, konfetlәr,
südlü qәhvә, bişmiş alma, mürgülәyәn qızılgül kolları,
Mikaela xalanın mәnim üçün saldığı yer... biçarә mәnә çox
nәvaziş göstәrirdi, kefimi açmaq, hәyata marağımı artırmaq,
dünyanı başa düşmәyim üçün mәnimlә mazaqlaşırdı.
– Sәfehlәmә! Xoşuna gәldiyi üçün sәninlә mazaqlaşırmış,
bu onların hamısının xoşuna gәlir.
Monço Preqisasın kuzinaları Adela vә Georgina senyorita
Ramona vә Roziklerlә tanqo oynayırlar.
– İstәyirsәn bluzumu soyunum?
– Soyun...
Kasandulfların Raymundosunun anası, xalam Salvadora
Madriddә yaşayır, ondan heç bir xәbәr yoxdu, әlaqә itib,
әn yaxşı halda Qırmızı Xaç vasitәsilә xәbәr tuturuq. Kleto
dayı cazı tәqlid elәyir, Xesusa vә Emiliya xala elә bil
donublar, bәlkә, elә, doğrudan da, donublar.
– Dәhşәt, dәhşәt! Kleto bütün günü taqqıldadır ki,
başımız ağrısın, bilmirik niyә gedib “Orense Sәlibçilәri”nә
yazılmır, bizim dә qulağımız dinc ola.
Xesusa vә Emiliya xala tәbliğat vәrәqәsi alırlar: “Qalisiya
qadını, fikirlәş ki, Kevedonun “qadın – krallığın mәhvi
üçün alәtdi” (İlahi, heyvәrәliyә bax!) sözlәri indiki qәdәr
aktual olmayıb, bu sözlәrdә sәnin dünyaya tәsirin ifadә
olunub”.
– Sәn bir şey başa düşürsәn?
– O qәdәr dә yox, bir dә mәnә elә gәlir ki, “qadın” yox,
“senyora” yazmaq lazımıydı, guya çox böyük işdi? Mәnә
elә gәlir, bizim sviter toxumağımızı istәyirlәr, baxarsan.
239