Page 237 - Sela
P. 237
İki ölü üçün mazurka
elәmişdi, elә vasvası adamlar var ki, başqaları abır-hәya
gözlәmәyәndә dә onlar utanırlar.
– Vәtәni qorumağa gedirәm, Klarita, mәnә mәktub yazma,
çox ehtimal ki, mәni öldürәcәklәr.
Roziklerin atasını öldürәndә kәndә gedib, yas saxlamışdı,
bәzi mәrhumlara yas saxlayanda hökumәtin xoşuna gәlmir.
Adeqanın qızı Benisya çox yaxşı filyoas1 bişirir, qәdim
bütpәrәstlik müdrikliyiylә çaxırı çılpaq süzür.
– Mәncә, belә yaxşıdı. İstәyirsәn çaxırı döşlәrimin arasından
süzüm.
– Hә, canın sağ olsun, çünki bir az kәdәrliyәm.
Qәzetlәr xırdalığa varır: hansısa Fulano dinә üz
tutmadığına görә bu dünyadan inamsız köçdü, ancaq
hansısa Menqano tövbә elәyib xoşbәxtlik vә barışıq içindә
öldü. Adәtә görә, barışıq içindә olanlar da, tövbә etmәyәnlәr
dә müqәddәs Fransiska qәbiristanlığında dәfn olunurlar,
ölünün yeri mәzardı. Biz Quxindeslәr ziyarәt zamanı
dalaşmağı xoşlayırdıq, ancaq indi bir az başdanxarabıq.
– Hәr şeydәn tәngә gәlmişәm, – Robin Lebosana şikayәt-
lәnirәm, – bu heç nәyә uyğun deyil, taun kimidi. Görәn,
kim adamların başına ağıl qoya, bu zәmanәdә bir az qayda-
qanun yarada bilәr?
– Hardan bilәsәn!
Keçmiş nazir Qomes Parradelanı Verindә tutub, üstünә
benzin tökәrәk yandırıblar; Antonionun dediyinә görә –
Antonionun kim olduğunu heç kәs bilmir, – o, ölәndә
ölüm rәqsinә oxşar bir şey oynayıb.
– Antonio kimdi?
– Dedim ki, kimin tәrәfindә olduğunu heç kәs bilmir;
görünür, onu dәyәnәklә döyüb öldürüblәr, çox güman ki,
elә olub, belәlәrini hәmişә dәyәnәklә döyüb öldürürlәr.
Fabian Mingela (Mouço) kәnddәn özünә Rozaliya
Trasulfeni gәtirib.
1 Filyoas – fəsəli (qalisiya dilində)
237