Page 233 - Sela
P. 233
İki ölü üçün mazurka

vә kәniz tapsam, salonda oturub oxumaqla mәşğul olacağam
– hәlә oxunası çox şey var – vә ölümümü gözlәyәcәyәm,
itim yanımda, qarşımda bir qәdәh çaxır, әlimin altında
zәng. Könlümdәn qәhvә, ya bir stәkan içki keçsә – zәngi
çalacam, aşpaz qadın Virtudes yuxarı qalxacaq. Sobaya
odun atmaq, ya atı yәhәrlәmәk lazımdı – iki zәng vә qoca
nökәr Andres yuxarı qalxacaq. Gödәkcәmdәki lәkәni, ya
eynәyimin şüşәlәrini tәmizlәmәk lazımdı – üç zәng vә
gәnc nökәrim, mavitәhәr Avelino yuxarı qalxacaq. Əylәnmәk
istәyәcәm – bir stәkan içib zәngi çalacam vә kәniz yuxarı
qalxacaq. Elә buna görә ona pul verirәm. Ruhumu xilas
etmәk istәyirәm – bir neçә zәng vә kapellan yuxarı qalxacaq,
yaxşı pula günahlarımın bağışlanması üçün dua elәyәcәk.
Hәr kәs öz işini görәndәn sonra qoy getsinlәr, zәhlәmi
tökmәsinlәr, aşağıda nә baş verdiyi mәni maraqlandırmır,
indi dә lap bir-birlәrini qırsınlar.

– Don Klaudio, bәs portuqaliyalı qız kәnizliyә yarayar?
– Əlbәttә, oğlum, әlbәttә, lap çinli olsun, hamısı birdi,
mәnә lazımdı ki, әndamlı, tәmiz, sözә baxan olsun, iki dildә
– ispan vә qalisiya dilindә danışsın, qalanları boş şeydi.
İndi bu düzgün, cana faydalı adәtlәr artıq dәbdә deyil,
indi adamlar başlı-başınadılar, yәqin, işlәr gün-gündәn
daha da pislәşәr.
– Eşidibsiniz, mavrlar Cәbәllütariq boğazını keçib?1
– Dostum, bu xәbәr köhnәlib, siz yatmısınıız. Don Mere-
xildonun qulluqçusu Doloresin xәstәxanada qolunu çirk
elәdiyindәn kәsdilәr.
– Bir әllә dә özünü idarә elәmәk olar, buna öyrәşmәk
lazımdı, sonra hәr şey qaydasına düşür. Dünyanın axırı nә
demәkdi? Mәnә görә o artıq çatıb.
Dayım Klaudio Monteneqro deyir ki, 1909-cu ildә
Liverpulda Grand Nationalda iştirak edib; bәlkә dә, elәdi,

1 1937-ci ildə Mərakeş ordusuna başçılıq edən Franko Cəbəllütariq boğazından
keçərək Tetuana (İspaniya) çıxıb.

233
   228   229   230   231   232   233   234   235   236   237   238