Page 231 - Sela
P. 231
İki ölü üçün mazurka
yaxşılıq mәlәyinin qәlәbәsini tәmin etmәk üçün dualarına
“Əziz atamız”ı da әlavә elәmişdilәr, şübhәli tәdbir olsa da,
ola bilsin, kifayәtdi, çalağan vә quzğunlar hәr gecә müqәddәs
Fransiska qәbiristanlığının hasarına qonurlar.
– Damian hanı?
– Santyaqoya gedib.
– Atla?
– Yox.
– Velosipedlә?
– Hә.
Telma Konçe da Koneyә deyir:
– Qaç yola, Damianı görmәmiş getmә, de ki, qayıtmasın,
onu axtarırlar. Keşiş Torsela fosforun işıq saçmasından,
mәhşәrdәki ruhlardan vә yüz ilin ölülәrinin dirilmәsindәn
danışır; polis serjantı inanmır.
– Bu, mümkün deyil, nә deyirlәr desinlәr, bir aydan
sonra artıq heç kim dirilmir, ona qәdәr dә çox az-az adam
dirilә bilәr.
Keşiş Torsela Konçe da Konaya üç böcәk buynuzu vә
Müqәddәsin çırağındakı yağla dolu bir butulka “Palmil
Ximenes” verdi.
– Damiana ver, de ki, Teseyrodan keçib getsin, bu çox
davam elәyә bilmәz.
– Hә.
– Hәm dә qoy, müqәddәs İudaya dua etmәyi unutmasın.
– Yox, bağışlayacaqsan.
Hәvari İuda, gәlib kömәk et, qoy düşmәnlәrim quyuya
düşsünlәr. Konça da Kona göyçәk, cәsarәtli qadındı,
kastanyetlәri lap qaraçılar kimi şaqqıldadır. Hәvari İuda,
möcüzә göstәr, qoy mәnim bütün müsibәtlәrim buradan
getsin. Hәr şey әvvәlki kimi olacaq, bu cür alt-üst davam
etmәyi mümkünsüzdü.
– Elәdi, ancaq әgәr davam elәsә necә?
231