Page 232 - Sela
P. 232
İLO XOSE SELA
– Yox, görәrsәn, davam etmәyәcәk.
Atası don Beninyo Potomorisko Turbiskedo ölәndә
heyvanları әhlilәşdirәn Baqaneyrli Polikarponun evi uçdu;
o qәdәr adam yığılmışdı ki, ev şaftalı kimi bölündü,
Polikarponun әhlilәşmiş üç dәlәsindәn ikisi qaçdı, indi
ikisini saxlayır, Daois vә Velarde evdә qaçışırlar, onların
adını kuzenim Robin Lebosan qoyub, әhlilәşmiş dәlәni
qorxutmasan, qaçmaz. Hәlә әvvәl Polikarponun anası
Doroteya Esposito ölәndә keşiş Furelo işә qarışmalı oldu –
әri onu mötәbәr yerdә dәfn elәmәk istәmirdi.
– Bu fahişәni әhәngdә yandırıb, qәbiristanlığın arxasına
quylamaq lazımdı, başqa şeyә layiq deyil.
Qamuso әkizlәrindәn biri keşiş Seferino Furelo belә
şeyi qәbul elәmәdi, keşiş Seferino Furelo hәmişә rәhmdil
olub, kasıblardan üz döndәrmәyib: xәsislik – bağışlanmaz
günahdı. Mәryәm Ananın qohumu dayım Klaudio Mon-
teneqro evdә rahatlıq yaratmağa keşiş vә kәniz üçün
vakansiya elan etdi, zәmanәt tәlәb olunurdu; dayıma
deyәndә ki, qasıq bitinә yoluxmaq üçün Leyton Orenseyә
gedib, bunu çox ağıllı hәrәkәt saydı; qasıq biti tutmuş
fahişә, qasıq bitini Leyton Santos Koforaya, o, arvadı Marike
Rubeyrosa keçirәcәk, o isә zәng qüllәsindә (narahat vә
soyuq olsa da, xәlvәt, sakit yerdi) keşiş Selestino Karoçanı
xәstәlәndirәcәk, ötür-ötür oyunundakı kimi, axırda bütün
mәmlәkәt başlayacaq qaşınmağa; sonra olanlar olacaq vә
müharibәlәr, müsibәtlәr baş verәcәk. Klaudio dayı ömrünü
sakitcә başa vurmaq istәyir, artıq kifayәt qәdәr әzab-әziyyәt
çәkib. Dayım mühakimә yürüdür:
– Tanrının mәrhәmәtiylә ehtiyacım olan hәr şeyi öz
gücümә әldә elәmişәm. Canım-başım salamat, pulum var,
xeyli yaşamışam, öz evim, uşaqlarım, atım, itim, tüfәngim,
aşpaz qadın, iki nökәr, Antonio Sançinin nәşr etdiyi
Kevedonun on bir cildlik külliyyatı. Əgәr indi babat kapellan
232