Page 228 - Sela
P. 228
İLO XOSE SELA
bucaq әmәlә gәtirir, biri şimala (ya cәnuba), biri qәrbә, biri
şәrqә baxır, don Teodosio xәtlәrә, bucaqlara, xaçlara ayaq
basmamağa çalışır vә aydındı ki, hәmişә әyilә-әyilә ehtiyatla
yeriyir; Parroçanın yanına gedәndә don Teodosio birbaşa
mәtbәxә keçir.
– Visini olar?
– O, mәşğuldu, don Teodosio, mәncә, lәngiyәcәk, xeyli
vaxtdı Monte de Pyedadlı don Esekiellәdi, istәyirsinizsә,
Ferminitanı çağırım? Don Esekiel ağır tәrpәnişlidi.
– Yox, yox, sağ olun, gözlәsәm yaxşıdı.
– Özünüz bilәn mәslәhәtdi.
Qaudensio hәmişә olduğundan kәdәrli çalır; Qaudensio
hәrdәn qәmgin vә bir az qayğılı olur.
– Mәgәr adamlar ağıllarını itirmәyiblәr?
– Bilmirәm, hәr halda, buna yaxındılar.
Donya Xemma Vilyamarindә anadan olub, onun
valideynlәrinin “Espumosos Vilela” qazlı su vә “Lya
Sobreyrana” mineral su fabriklәri olub; bu fabriklәr özünü
yaxşıca doğruldurdu, o vaxta qәdәr ki, ailәnin böyüyü don
Antonio mal әtinin qatılaşdırılmış şirәsini – “Ekskavakon”u
hazırlamağa girişdi vә orada itlәrdәn, kәrtәnkәlәlәrdәn
istifadә olunduğu üçün sanitar nәzarәti fabriki bağladı,
nәticәdә ailә müflis oldu. Parroçanın fahişәxanasında don
Teodosio ilә çox iltifatla davranırlar.
– İstәyirsiniz, Marta Portuqaliyanı çağırım, canınızı
qızdırsın.
– Minnәtdaram, xanım! Çox lütfkarsınız.
– Nә söz ola bilәr, don Teodosio! Mәn yalnız dostlara
yarınmağa çalışıram.
Visi – Puebla de Trives bәlәdiyyәsinin Penapetada
şәhәrindәndi, ancaq әndәlüslü kimi danışır, elә dә yaxşı
danışmır, çalışır öyrәnsin. Parroçanın üç qiymәtli kolleksiyası
var – yelpiklәr, markalar vә qızıl pullar, bunları ona Lendan
228