Page 223 - Sela
P. 223
İki ölü üçün mazurka

– Elәdi! Mәn hәr şeydәn çox Bekkerin şeirlәrini
xoşlayıram.

– Bilirsәn ki, Bekker düz yüz il әvvәl doğulub?
– Yox, bilmirdim...
Raykonun meyxanasında çox qatma-qarışıq xәbәrlәr
dolaşır, bir kommivoyajör ağzına nә gәldi danışır:
generalların qiyamı, ordunun Madridә yürüşü, radio da
ondan geri qalmır, tez-tez marşlar vә korridadakı pasodobllar
çalınır, onlar arasındakı fәrqi müәyyәn etmәk asan deyil,
bu gün mәlum deyil nә eşidirsәn, bax bu “Könüllülәr”,
gözәldi, hә? Çufreteyro “El Reposo” tabut emalatxanasında
yaxşı qazanır, halal qazancına görә Allaha dua elәyir.
Rozaliya Trasulfeni Sarsaq Keçi çağırırlar, ancaq o, ehtiyatlıdı,
hәmişә dә ehtirasdan alışıb-yanır.
– O gorbagorla olmağım doğrudu, neylәyәsәn! Ancaq
axırı gör necә oldu, necә olduğunu yaxşı bilirsәn; yamanlıq
elәyәni gec-tez tuturlar – qoy tutsunlar! Adeqa nә çәrәnlәsә
dә, hәmişә yaxşı dost vә ağıllı, etibarlı qadın olub.
Yağışın birdәn kәsmәmәyi pisdi, tәdricәn kәsir, onun
yağıb-yağmadığını, demәk olar, hiss elәmirsәn. Lal-kar
Benito Qamuso (Lakrau) ayda bir dәfә qız yanına gedir,
pula qızırğalanmır, nә qәdәr lazımsa qazanır, buna görә
dә işlәyir; Benitinyo Qamusonun hәmişә kefi yaxşıdı, işlәri
yaxşı gedir, gümrahdı, cibindә hәmişә pulu var,
gülümsәyәndә vә çәnәsini dәlә kimi tez-tez tәrpәdәndә
kefinin yaxşı olduğunu bilirsәn, heyif ki, danışa bilmir,
yәqin, çoxlu maraqlı şeylәr danışardı; qardaşı sәfeh Salyustino
Qamusonun, әksinә, elә bil hәmişә qulaqları ağrıyır. Adeqanı
müharibәdәn sonra Viqoya dәnizә baxmağa aparmışdılar.
Adeqa Samil çimәrliyindә olmuşdu, ancaq çimmәmişdi,
әyalәtdәn olduğu üçün adәt elәmәmişdi, çimmәk qaydaları
çox ciddiydi: bәdәnә kip yapışmayan qeyri-şәffaf parçadan
dizә çatan paltar, ya kofta-yubka, bundan başqa, ya

223
   218   219   220   221   222   223   224   225   226   227   228