Page 222 - Sela
P. 222
İLO XOSE SELA

uşağı yoxdu, qardaşları lal-kar Benito vә sәfef Salyustionun
qayğısına qalır; Çufreteyro yaxşı bilyard oynayır, hәtta
bәhsә dә oynayır.

– Bәs dama oynayır?
– Onu da, kartı, dominonu da, Çufreteyro hәr şeyi yax-
şı oynayır.
Kasimiro Bokamaos Vilarinyo vә arvadı Trinidad Maso
Lyuxilde itlә pişik kimi yola gedirlәr, gec-tez aralarında
qan düşәcәk, uşaqlara görә ayrılmırlar, heç biri uşaqlarla
qalmaq istәmir. Kasimiro – Santyaqo de Torselanın keşişidi,
iki inәyi, bir neçә donuzu var, hәm dә qәbirqazandı – yer
eşir. Kasimiro dünyanı dolaşıb, ancaq heç nәyin yiyәsi
olmayıb, geri dönüb. Trinidad tez әrә gedib, on beş uşaq
doğub, Trinidad başdan xarabdı, ana olmaq xoşuna gәlmir,
bunu anlayanda isә gec idi. Trinidad onu heç kimin
görmәdiyi yerdә yaşamaq vә hiss olunmadan ölmәk istәyir.
– Əgәr uşaqlarla qalsan, tәkcә dağa gedәrәm, mәn qorx-
muram.
– Yox, uşaqları sәn götürәcәksәn, uşaqlar mәndәn çox
sәnindi, yenә sәrgәrdan olmamaq, hamını başımdan rәdd
elәmәk üçün kifayәt qәdәr әziyyәt çәkmişәm.
Robin Lebosan hәrdәn olanlar haqqında fikir yürüdür.
– Öldürürlәr ki, camaatın әli soyusun, ruhdan düşsün,
әn çox da әli soyusun, hәmişә belә olub, Roma
imperiyasından tutmuş bu günlәrә qәdәr nәzәr salın, qәtl
heç vaxt heç nәyi yoluna qoymur, uzun müddәtә hәr şeyi
alt-üst edir, iki-üç nәslә nәfәs dәrmәyә imkan vermir,
keçdiyi yerә nifrәt toxumu sәpir.
Robin Lebosan istәyir ki, senyorita Ramona “Don
Kixot”u oxusun.
– Mәni dinc burax, daha çox şeiri xoşlayıram, “Don
Kixot” darıxdırıcıdı.
– Elә deyil, әzizim.

222
   217   218   219   220   221   222   223   224   225   226   227