Page 219 - Sela
P. 219
İki ölü üçün mazurka

dәrdlәrimin dәvası, mәnә heç bir naz-nemәt lazım deyil,
qismәtimdәn dә heç nә ummuram, Tanrım, mәnә süfrәnin
çörәk vә çaxırı çatışmır, mәnim әzablarımın qapısından
ilahi loğman girәcәk, taleyimdәn hali olacaq, xәstәliyimdәn
xәbәr tutacaq; yatağımın kәnarında oturub deyәcәk:
qardaşım, haran ağrıyır? – Mәn günah içindәyәm,
cüzamlıyam. – Al, çörәyimdәn ye, qanımdan iç, bu, sәni
yüngüllәşdirәr. Xan Amieyros işini düz tutmadı, canına vә
ruhuna yeddi dәyәnәk zәrbәsi alaraq öldü; insanı bax
belәcә öldürmәk olar, mәsәlә bunu necә bacarmaqdadı.
Çılpaq Maneça madyana bәnzәyirdi, heç vaxt üşümürdü,
qardaşı Fuko kor idi, ancaq qırxayaq kimi qaçırdı, babası
Braziliyaya gedib ondan göndәrdiyi şәklin arxasında
yazmışdı: F.Vilyela, Braziliya İmperator evinin fotoqrafı,
18, Rua do Kabuqos, Pernambuko. Çox yaxşı şәkildi; bığlı,
qalstuklu, әlindә çәlik, stulun söykәnәcәyinә qәşәngcә
yayxanıb, şalvarı ütülü, babam Xan Amieyrosu öldürmәsәydi,
biz indi, yәqin ki, hәlә dә yollarda at qovurduq.

– Şübhәsiz. Maneça Amieyrosun da katib nәvәsi
olmasaydı.

– Elәdi.
Hәvari Braqa epilepsiyadan dörd quldur sirkәsiylә
müalicә olundu; bura sarımsaq, şeytan istiotu vә saqqız
daxildi. Keşiş olmasa da Roke Qamusonu Kreqo (Keşiş)
çağırırdılar, onun әdәbsiz yerlәri vә coşqun şücaәti barәdә
xәbәrlәr uzaqlara, deyilәnә görә, Araqona, hәtta Kataloniya
vә Aralıq dәnizinә qәdәr yayılmışdı. Adeqa, adәtәn, susur,
ancaq baş verәnlәri, yәqin, hamıdan yaxşı bilir,
danışılanlardan bәzilәrini, mәnә elә gәlir, Robin Lebosandan
eşidib.
– Biz qalisiyalılar bunu bir hәftәnin içindә yoluna qo-
yardıq, ancaq, neylәyәsәn, özünüz bilirsiniz kimlәr bu işә
qarışdı, Raymundo deyir: avanturistlәr, vәtәnpәrvәrlәr,

219
   214   215   216   217   218   219   220   221   222   223   224