Page 214 - Sela
P. 214
İLO XOSE SELA
danışmadan xeyli ona baxırıq, – nә üçün gedir? Kuzinamız
Ramona çaya çatıb, bir an dayanır, sonra asta-asta evә
qayıdır. Mәn gedirәm, Raymundo isә özünü elә göstәrir,
guya indi gәlib.
– Bu da sәnә hәmişәki kameliya.
– Sağ ol.
– Gәzmәyә gedәcәksәn?
– Yox, suya baxmaq üçün çaya getmişdim, bu gün ana-
mın ilidi.
– Elәdir!
Kuzinamız Ramona kәdәrlә gülümsәyir.
– Vaxt necә tez keçir, Raymundino! Anam ölәndә on üç
yaşlı qız idim, hiss elәyirdim ki, dünya dağılır.
– Hә.
– Hamımız qocalırıq, yaşlaşdıqca mәğrurluq vә tәkәbbür
bizi tәrk edir.
– Hә.
– Bir çox hәvәs dә hәmçinin.
Kuzinamız Ramonadan bir dәnәdi. Raymundaya elә
gәlir, o hamıdan gözәldi.
– Mәni tәk burax, ağlamaq istәyirәm.
Medardo Konqosanın evdәn qaçan arvadı Teresita del
Ninyo Xesus Sariyada sәnәdsiz dәllal Filemon Tousido
Rosabaleslә birlәşәndә, camaatı çaşdırmaq üçün özünü
nümunәvi apardı.
– Üç cәmiyyәt tәşkil elәmәk lazımdı: “Kasıblar üçün
paltar”, “Bir damcı süd” vә “Qabiliyyәtli adamlara kömәk”.
– Aydındı. Hәm dә zati-müqәddәslәrdәn xeyir-dua
alaq, lap әvvәldәn hәr şeyi qaydasında elәyәk.
– Yolunu azmış qızlar üçün dә hamilik lazımdı.
– Əlbәttә. Birini dә qaraçıların ispan xristianlar cәmiyyәti-
nә vә müqәddәs katolik kilsәsinә cәlb edilmәsi üçün
yaratmaq lazımdı.
214