Page 210 - Sela
P. 210
İLO XOSE SELA

ifritәyә tapşırır, bәlkә dә, paltarını dәyişib gün çıxana kimi
özü satır ki, kasıblar lәzzәt ala bilsinlәr.

– Göydәki quşlar, әtrafdakı ruhlar kimi uçmaq! Kim
uçmaq istәyir, uçsun!

Mazı hazırlamaq üçün (pomada da olar, o, qatıdı) qara,
ya xaç suyuna salınmamış körpәni mis qazana salıb qızılgül
suyunda bişirirlәr; su qaynayanda aybaşısı kәsilmiş dul
qadını dar ağacından asılan adamın üyüdülmüş sümüyü,
qadın sidiyi, mandraqora kökü vә şeytanın üç otu; uçmağa
kömәk elәyәn vә diş, baş, qulaq ağrısını kәsәn bәhgotu,
qadınların vә aktyorların göz bәbәklәrini genişlәndirdiyi
xanımotu, şirin ölüm yuxusunun gәlmәsini asanlaşdıran
qәbiristanlıq tikanının, kabus tikanının, cәhәnnәm tikanının
meyvәlәriylә qarışdırmaq kifayәtdi. San-Rokinyoda
uzunömürlük iksiri vә vәfasız arvadlar üçün qurtumu bir
reala şirә satılır.

– Vicdan әzabı çәkmәmәk, zina lәkәsini tәmizlәmәk
istәyirsiniz?

Bir dәfә don Rosendonun “tüfәngi” açılmayanda, donya
Rita dәyәnәklә ona elә tutuzdurdu ki, müdir başda olmaqla,
“İngilis biskviti”nin fәhlәlәri işә qarışmalı oldular. Ancaq
Kasiano Arealyaya hәmişә güvәnmәk olar!

– Sakit olun, senyorita! Allah elәmәsin, onu öldürә
bilәrsiniz! Əgәr don Rosendo bacarmırsa, bizdәn birini
götürün! Sakit olun, senyorita, bizim üçün ayıbdı! Üzr
istәyirәm, yaxanızı bağlayın, yoxsa sәtәlcәm olarsınız!

Mandraqora bitәn Santa-Rosinya de Xeriko qәbiristanlı-
ğında La Mançada Motilya del Palankar sakini polis Fausto
Belinçon vә dayım Kleto oryol-reşka oynayırmışlar; inanılası
deyil, ancaq dәqiqdi – özüm görmüşәm.

– Kamilito, әclaflığın da öz gözәlliyi var, – dayım mәnә
etiraf etmişdi, –mandraqoranı basdalamaq dәrd yarıdı, pis
odu ki, hәrlәnirsәn, dolanırsan, get-gedә dә aşağılara

210
   205   206   207   208   209   210   211   212   213   214   215