Page 208 - Sela
P. 208
İLO XOSE SELA

Don Rosendo tәrәddüdsüz “hә” dedi, milyonu alıb,
dul qadınla yaşadı. Böyük hay-küy qopdu, ancaq don
Rosendo gülümsәdi:

– Söyüş keçib gedәr, pul qalar; biz Ritayla xoşbәxtik,
hәr şey qaydasına düşәndә evlәnәcәyik. Tanrıya da
yaratdıqlarının xoşbәxtliyi lazımdı.

Santa-Rosinya de Xeriko qәbiristanlığında erkәk-dişi
Mandraqora1 bitir, fәrqini köklәrindәn bilmәk olur; kökünә
it bağlayırlar, mandraqoraya toxunan qadın hamilә olur,
hәrdәn tapdalamaq da kifayәt elәyir, it isә lazım olanda
ulayır ki, kimsә gәlib yuxulasın vә yuxuda desin: mәn
günahkaram ki, şlyapasına qızçiçәyi taxmış al-әlvan kәpәnәk
qalstuklu yolçunu doğramışam, çәp-çәp baxdığına, bir dә
mәni sәkkizin yarısında güddüyünә görә öldürmüşәm;
mәni asacaqları eynimә deyil. Bilirәm ki, Tanrı günahlarımı
bağışlayacaq; mәnә kin saxlamasın deyә ölünü kameliya
ilә yandırmışam. Cәllad dar ağacını zәrif mandraqora
qәlәmәsinin üstündә qurdu ki, asılan adam onun hәyat
verәn toxumlarını qanla suvarsın vә tüpürcәyiylә yumşaltsın.
Luisinyo Parulyonun gözlәri ağrıyırdı, don Beninyo tapşırdı
ki, yağ vә çaxır qarışdırılmış xırda-xırda doğranan
mandraqora köküylә müalicә elәsin.

– Kömәk elәdi?
– Yox, senyor, kor oldu.
Əgәr mandraqoranın kökü kişi cinsiyyәt üzvünә
oxşayırsa, yanından kim keçsә, eşq yolunda qәtlә yetirilәnә
qәdәr qadınları hәddәn çox sevәcәk, keşiş dә onu mәrhәmәt
göstәrib dәfn elәyәcәk.
Əgәr mandraqoranın kökü qadın cinsiyyәt üzvünә
oxşayırsa, yaxınlıqdan keçәn qadına gur saçları vız duran,
gicitkәn vә kәpәk yeyәn, ağzını açmadan: “Mәni sevәrsәnmi,
canan”, – deyәn Mandraqora adında saqqallı cırtdan aşiq
olacaq.

1 Mandraqora – badımcan fəsiləsindən zəhərli bitki

208
   203   204   205   206   207   208   209   210   211   212   213