Page 207 - Sela
P. 207
İki ölü üçün mazurka

– Ola bilsin.
Toribio de Moqrovexo, Kasandulfların Raymundosu
vә Robin Lebosan qәliz mübahisәyә girişirlәr, qalanları
susub, öz fikirlәrini bildirmәyә cürәt etmirlәr. Postulatlar
belә idi: әn sağlam fikirli Toribio de Moqrovexo Tanrıya vә
kilsәyә inanırdı, Kasandulfların Raymundosu Tanrıya
inanırdı (Onu Uca Ustad adlandırmağa üstünlük verirdi),
kilsәyә yox. Robin Lebosan isә, görünür, mövzu tükәnmәsin
deyә kilsәyә inanırdı, Tanrıya yox.
– Axmaqlığa bax!
– Əlbәttә ki!
Mübahisәni gecә ikidә polis kәsdi. “Toribio de Moqrovexo
sizsiniz?” – soruşanda, onun rәngi qaçdı.
– Qulluğunuzda hazıram.
– Siz hәbs olursunuz.
Toribio müqavimәt göstәrmәdi; qolunda qandal, yanında
polislәr, yolla üzü aşağı gecәnin qaranlığında yoxa çıxdı.
– Soyuqdu.
– Yeriyәndә qızınarsan...
Donya Rita don Rosendonu buraxmaq istәmәdi vә onu
әldә etdi: ürәkdәn istәdiyinә çatarsan. Donya Rita keşişә
mәdә tәrәfdәn hücum elәmәyә başladı, mәğrurluqla,
tamahla, şәhvәtlә artıq tutub saxlamışdı; bu, doğru yanaşma
idi – don Rosendo acgöz, simic, şәhvәt düşkünü vә
şöhrәtpәrәstdi.
– Mәnim başdanxarabımın qızıl saatını götür, onu sәn
taxsan yaxşıdı, sәn daha artıq kişisәn.
– Sağ ol, tapşıracağam hәdiyyә olunduğu tarixi üstünә
yazsınlar.
Donya Rita sözünü birbaşa dedi:
– Sәninlә siçan-pişik oynamaq fikrim yoxdu, tәәccüblәnib
elәmә: keşiş cübbәsini atıb mәnimlә yaşasan, milyon peso
alacaqsan. Qәrarını ver.

207
   202   203   204   205   206   207   208   209   210   211   212