Page 203 - Sela
P. 203
İki ölü üçün mazurka

Allah istәsә, siz havada “Andurinya” kimi uçacaqsınız.
Tәkan vermәk üçün San Xuan de Barranın zәng qüllәsinә
çıxsam, daha yaxşı olardı.

– Bәsdi, Mamertinyo, özünü mәhv elәyәcәksәn!
– Yox, senyorita, elә olmadığını görәcәksiniz.
1935-ci il pasxa bazarı әsas messadan sonra Mamerto
San-Xuan kilsәsinin zәng qüllәsindә peyda oldu, maşınının
qanadlarını özünә bağladı vә – hopp! – boşluğa tullandı,
ancaq yuxarı qalxmadı, daş kimi müqәddәs torpağa düşdü.
Baxmağa xeyli adam yığışmışdı, hәr yerdәn, hәtta Karbalinyo,
Çantada vә Lalinadan gәlәnlәr var idi vә Mamerto
guppultuyla yerә dәyәndә çaxnaşma yarandı, hamı ora-
bura vurnuxurdu.
– Sakit olun, sakit olun! – keşiş don Romualdo adamları
dincliyә çağırırdı. – O, bu yaxınlarda tövbә elәyib, birbaşa
cәnnәtә gedәcәk, başının altına daş qoyun, imkan verin
Tanrının icazәsiylә rahatca ölsün. Ömründә bir dә ölümә
bu qәdәr hazır olmayacaq!
– Dost adam, belә olmaz! Yaxşısı budur, Orenseyә
aparaq, bәlkә, xәstәxanada xilas elәyәcәklәr.
– Özünüz bilәrsiniz, belә ki, oldu, mәn mәsuliyyәti
üzәrimdәn atıram!
Don Romualdo çox mәntiqlә danışırdı, ancaq camaat
elә bil yağışa qulaq asırdı.
Mamerto Payxonu adyala büküb, Riboredonun taksisindә
Orenseyә apardılar; yaralı, demәk olar, ölümcül vәziyyәtdә
idi, ancaq cәrrahiyә әmәliyyatı uğurlu keçdi vә bir neçә
gündәn sonra yaxşılaşmağa başladı.
– “Andurinya”dan nәsә qalıb?
– Bәzi şeylәr qalıb, nәdi ki?
– Heç, lap yaxşılaşıb, yenә yoxlamaq istәyirәm, mәncә,
transmissiya zayladı.
– Axmaqlıq elәmә, bu dәfә canını birtәhәr qurtardın,
hәr gün Allahın sәbriylә oynamaq olmaz.

203
   198   199   200   201   202   203   204   205   206   207   208