Page 200 - Sela
P. 200
İLO XOSE SELA

– Mikaela xala mәnә ana әvәzi olub, hәmişә mehribançılıq
göstәrib. Balaca olanda “Dik Tyurpenin macәraları”nı
bağışlamışdı, tәk qalanda mәnimlә әylәnirdi. “Donuz balası,
xoşuna gәlir”, – deyәndә ürәyim uçunurdu.

Adolfitonun dәfninә xeyli adam gәlmişdi; o, tez-tez
başqalarının işinә qarışırdı vә onu sevirdilәr. Dәfn
mәrasimindә xidmәtçilәr adamı tamaha salan gözәl gәnc
dul qadından danışırdılar.

– Bacısından pis deyil!
– Müqayisә elәmәk lazım deyil, ancaq ikisi dә әladı.
Monço Preqisas mavrların ölkәsindә topal olmuşdu,
Melilyaya taxta ayaqla qayıtmışdı, ancaq gülmәkdәn ölürdü.
– Nәyә gülürsәn, ay bәdbәxt?
– Gülürәm, çünki qәlbimi taxta ilә әvәz elәsәydilәr, lap
betәr olardı...
Dayım vә xalalarımın Albarondakı evindә anamın dayısı
don Severino Losadeyә mәxsus baftalı üç karlist bereti var
idi; o, karlistlәrin polkovniki olmuşdu, Tambre çayının hәr
iki sahilindәki Ordenes vә Arsua rayonlarında, vәtәndaş
müharibәsindәn sonra partizanlar Manuel Ponte vә Beninyo
Qarsia Andradenin (Fuselyas) qiyam qaldırdıqları Dubra
vadisiylә Melide torpaqlarının arasında vuruşmuşdu; elә
yerlәr var ki, ora barıt qoxusu vә qan çox hopub. Don
Severinonun beretlәrini Kleto dayı karnavallarda geyinirdi,
sonra onlara güvә düşdü; bizim ailәdә darıxmaq vә
sәliqәsizlik incәsәnәt kimi dәbdәdi.
– Xesusa.
– Nәdi, Emilita?
– Sevimli anamızın Romadan gәtirdiyi, papa XIII Levin
pakladığı gümüş tәsbeh yadındadı?
– Di gör nәyi xatırladı! Yüz ildi onu görmürәm, yәqin,
itib.
– Aydındı.

200
   195   196   197   198   199   200   201   202   203   204   205