Page 205 - Sela
P. 205
İki ölü üçün mazurka

xeyri yoxdu. Sәfeh Budeyrosu kinsiz, küdurәtsiz asdılar,
ancaq asdılar.

San-Migel de Businyosun keşişi özünü yaxşı tәrәfdәn
göstәrdi, mәhkum üçün üç dәfә ibadәt elәyib, qәbiristanlıqda
basdırdı.

Kor Qaudensioya tüpürәn Tanis Qamusonun qayınatası
Sirolasa Parroçanın evinә girmәyә ancaq qısa müddәtә
icazә verirlәr.

– Ya işini gör, ya get, bura gәvәzәlik elәmәyә gәlmirlәr.
Kürәkәni Tanis Qamuso onu danışdırmır.
– Qayınatam zibildi, әgәr Roza olmasa, çoxdan әngini
әzәrdim. Belәlәrinә etibar elәmәk olmaz, necә deyәrlәr,
әlini verәrsәn, qolunu qoparar.
Parroçanın fahişәxanasındakı Marta Portuqaliyalı Sirolasla
yatmaqdansa ac qalmağı üstün tutar.
– Ondansa acından ölәrәm, gedib dilәnәrәm! Sirolas
iyrәnc keçidi, ondan iyrәnirәm.
Donya Ritanın birinci әri hündür, kök, sarışın tacirdi.
Özünü güllә ilә vurub öldürdü. Donya Ritanın birinci
әrinin adı don Klemente idi; Nofre qayasından cәnubda,
Rios әyalәti, Kastrelo bәlәdiyyәsi, Santa-Eufemiya icması,
Montevelos kәndindәn olan don Klemente Baris Karbalyo;
o, volframdan yaxşı qazanırdı, ancaq ona faydası olmadı.
Ən pisi dә o oldu ki, Don Klemento tәdricәn zәiflәdi vә
canavar üçün doldurduğu tüfәngi әlindә saxlaya bilmәdiyi
günlәrin birindә divanda yerini rahatladı, lülәnin ikisini
dә ağzına soxub tәtiyi çәkdi. Başı dağım-dağım oldu,
beyninin abajura yapışan renklod gavalısı boyda әn böyük
hissәsini sidolla tәmizlәmәli oldular. Don Klemento ilә
donya Ritanın yeddi uşağı var idi, hamısı da balaca-balaca;
donya Rita otuz iki-otuz üç yaşında dul qaldı, o hәlә atını
sәyirtmәk istәyirdi, bәdәnin yanğısı tәkcә su ilә söndürülmür.
Donya Ritaya әvvәllәr yaxınlıq etdiyi ilahiyyat keşiş don
Rosedo Vilar Santeyro tәskinlik verdi.

205
   200   201   202   203   204   205   206   207   208   209   210