Page 206 - Sela
P. 206
İLO XOSE SELA
– Rosendo, niyә Tanrının buyurduğu kimi әbanı atıb
evlәnmirsәn?
– Bәdbәxt qızı, başımın ortası qırxılıbsa, mәn necә evlә-
nә bilәrәm? Bunu başa düşmürsәnmi?
– Böyük işdi! Bәkarәt andına necә sadiq qalırsansa,
elәcә, aydındı?
Don Rosendo hirslәndi.
– Dalı böyük pәhrizlә qarışıq salma!
Tanis Qamusonun qoyun itlәri – Şir, Dәnizçi vә Çar –
qoçaq, etibarlı vә sözә baxandılar, onlarla gözünü yumub
hara desәn getmәk olar, adama nә canavar, nә qaban yaxın
düşәr. Tanis tazılar da saxlayır – ağıllı, dәcәl, davakar, әgәr
arxası olsa vәhşi heyvanın öhdәsindәn gәlәr. Tanisin itdәn
yaxşı başı çıxır, onları öyrәdir, qayğısına qalır.
Raykonun meyxanasında Kasandulfların Raymundosu,
Robin Lebosan vә Kalatrava Xaçının tәsviri, Toribio de
Moqrovexo ilә Bustilyo del Oronun adları yazılmış vizit
kartları paylayan bir kastiliyalı mübahisә elәyirlәr.
– Əsilzadәlәrdәn imiş?
– Polislәr onu qandallayana qәdәr elә fikirlәşirdik;
Orensedә alverçiyә qadağan olunmuş mal satmışdı.
– Allah, özün rәhm elә!
– Əsl adı Toribio Eksposito idi; Toribio de Moqrovexo
ispan Amerikasında kilsә tәlimini müdafiә elәyәn, Peruda
Lima yepiskopu olan müqәddәsin adı imiş.
– Gör ha!
– Bilirsiniz, bunu mәnә katib demişdi...
– Başa düşürәm...
– Samora әyalәtindәki1 Bustilyo del Oro, deyәsәn, orada
müxtәlif mәhkәmә instansiyaları tәrәfindәn axtarışdadır.
– Hәm dә müxtәlif cinayәtlәrә görә?
1 Nə vaxtsa Leon krallığının tərkibində olan Qalisiya sərhəddindəki beş əyalətdən
biri
206