Page 209 - Sela
P. 209
İki ölü üçün mazurka

– Sus, vecsiz! Dirsәyimi görәrsәn!
Mandraqoranı qoparmamışdan әvvәl öz әtrafına qılıncla
çevrә çәkmәlisәn, bu vaxt fahişә dua oxumalıdı, rahibliyә
hazırlaşan adam isә cübbәsini әdәbsizcәsinә qaldırıb,
kankan1 oynamalıdı. Kökünә ip bağlayırsan, gәrәk ac köpәk
onu dartsın; bitki ağrıdan qışqıranda, köpәk qorxudan
ölәcәk.
– Onu basdırma, qoy quzğunlar yesin.
Hәzz vә sevgi әzalarına, ağızın selikli qişasına, o yerin
zәrif toxumalarına görә, don Rosendo donya Ritanın hökmü
altındadı.
– Mәnimlә ol, әclaf, bunun üçün sәnә pul verirәm!
Doyunca tıxmaq, әzizlәnmәk xoşuna gәlir, doğrudu? Di
get uşaqları yatızdır, tezcә dә qayıt, ancaq onlara xeyir-
dua vermәk yadından çıxmasın!
– Bağışla...
Senyorita Ramonanın nökәrlәrindәn biri (dördü çox
qocadı, az qala, kor, kar revmatik vә asmatiklәrdi) Braulio
Doade Filippin hәlә İspaniyanın tәrkibindә olanda ora
gedibmiş. Braulio Doade hәmişә çox sәliqәli vә cәld idi.
– Siz general Kamilo Polavyexanın “әlindә silah tutulan”
istәnilәn yerlini axtalayacağı barәdә Mindano adasındakı
mәşhur әmrini xatırlayırsınız?
– Yox, xatırlamıram, bәlkә, siz onu uydurmusunuz?
Braulio Doade ölәndә әldәn düşmüşdü, az qala, çәkisiz
idi.
– İbadәt üçün tapşırıq verәk, senyorita?
– Bircә bu qalmışdı! Mәncә, “Müqәddәs Atamız”
artıqlamasıyla bәsidi.
San-Rokinyo da Maltada müqәddәs Dionis vә Leonis
bayramında uçmaq üçün şeytan öz mәlhәmini satır, – zәng
qüllәsindәn atılan Mamerto Payxon bunu bilsәydi! – satmağı

1 Kankan – fransız rəqsi

209
   204   205   206   207   208   209   210   211   212   213   214