Page 212 - Sela
P. 212
İLO XOSE SELA
Markos Albite siqarı sığalladı.
– Daha çox “Breves”i1 xoşlayırsan?
– Heç özüm dә bilmirәm.
Ümid işartısı kimi göydәn nәsә uçub-keçdi, – deyәsәn,
göyәrçindi.
– Mәn heç Allaha da inanmıram, әvvәllәr mәni qoruyur-
du, ancaq indi mәni tәkәrli tabuta soxublar!
Öküz arabası yolda taqqıldayır, tәkәrin oxundan çıxan
sәs canavarı qorxudur, tülkünü ürәklәndirir, dünya әks-
sәda verәn qutudu, torpağın dәrisi baraban kimi dartılıb,
daha doğrusu, barabanın pәrdәsi kimi. Markos Albite oxu
tәzәdәn rәnglәyib, soyadının baş hәrflәrini sürtüb tәmizlәyib.
– Müqәddәs San-Kamilonun, az qala, heykәlini yonub
qurtarmışam, әla alınıb! Görәcәksәn, gәlәn hәftә sәnә
verәcәyәm, sumbata kağızıyla bir az tәmizlәmәk qalıb.
Felisiano Vilaqabe San-Martinyo xeyli vaxt evlәnmәdi,
iyirmi üç yaşında Anqustiya Sonyan Korvasinlә nişanlandı,
ancaq evlilik çox az çәkdi, saat yarımdan da az; yeni
evlәnәnlәr kilsәdәn çıxanda qız dedi:
– Anamla bir dәqiqәliyә qәbiristanlığa dәyәk, atamın
qәbrinә çiçәk qoyaq.
– Siz gedin, mәn burada gözlәyirәm.
Anqustiya qayıdanda, Felisianodan әsәr-әlamәt yoxuydu;
Rayko meyxanasının sahibәsi Remedios bayıra çıxıb,
Anqustiyaya zәrf verdi.
– Felisiano sәnin üçün qoyub.
Anqustiya әsәbi halda zәrfi açdı; sәliqәsiz xәtlә kağızda
yazılmışdı: get tullan. Felisianodan heç bir xәbәr çıxmadı,
sanki yerә batdı, kimsә deyirdi ki, Madriddә avtobus
konduktoru ilә görüblәr.
– Bәs Anqustiya?
1 “Breves” – siqar növü
212