Page 216 - Sela
P. 216
İLO XOSE SELA

– Yaxşı, çox sağ ol, niyә bir az yatmayasan? Yaman
qızışmısan...

Şirin Çoninanın әlindәn hәr iş gәlir.
– Bәs әylәnmәyi sevir?
– Əlbәttә, әzizim! Bunu hamımız sevirik!
Şirin Çonina qәnnadı mağazasının iki işçisiylә – xәmir
yoğuranla vә piroq bişirәnlә gәzir. Gәrәk hәmişә dәrәcәylә
vә peşә müxtәlifliyiylә hesablaşasan, ikisi dә yataqda
yaxşıdı, ancaq sahibә susmağı bacarır, birinin o birisindәn
xәbәri yoxdu.
– Mәn sәninәm, sevgilim! Sәni mәnim qәdәr istәyәn
olmaz!
Robin Lebosan yırğalanan kresloda oturub, әvvәlkilәri
hündürdәn oxuyur.
– Mәncә, indi qәhvәylә konyak içmәyә haqq qazanmışam!
Artıq gecdi, ancaq şokolad tapsam, Roziklerә aparacağam,
qoy bir az kökәlsin. İntәhası, meymunla әylәnmәk nә
xәstәlikdi belә! Qadınlardan heç Allahın özü dә baş çıxarmaz!
Robin Lebosan sanballı adamdı, ov iti kimi cinsi hiss
olunur, onun ailәsindә әn azından beş nәsil isti yemәk
yeyib.
– Faktları şişirtmәk lazım deyil, adamlar hәqiqәtdәn
çox sәnәdә inanırlar, hәqiqәt hәmişә nisbidi.
Robin Lebosan papiros eşdi.
– Bunda da get-gedә tütündәn çox çör-çöp olur, ancaq
neylәyәsәn?
Robin Lebosan pәncәrәdәn baxdı; qarğıdalı islanmışdı,
yuxarı yolla velosipedçi gedirdi.
Hә, Edqar Po haqlıdı, fikirlәrimiz lәngdi, hәmçinin
yeknәsәqdi, lәng vә uydurma xatirәlәrimiz dәmir kimi
paslanır, görünür, bu da mәhz onların tәbiәtindәn irәli
gәlir. Assorin Madridin “Benevente” teatrında “Qerrilya”nı
böyük uğurla tamaşaya qoyub, premyera, adәtәn, hәmişә
böyük uğurla gedir – axmaqlığa bax!

216
   211   212   213   214   215   216   217   218   219   220   221