Page 221 - Sela
P. 221
İki ölü üçün mazurka
bilәr! Doqquz qardaş Qamusoların beşinci vә altıncı
qardaşları Selestino Karoça vә Seferino Furelo keşişdilәr,
buna baxmayaraq, niyyәtlәri vә zövqlәri yaxşıdı; Selestino
vә Seferino әkizdilәr, Selestino ovçu, Seferino balıqçıdı;
keşişlәr vә toreadorlar bığ saxlamırlar, onlara çox hörmәt
elәyirlәr.
Adeqa kor Qaudensionun bacısı, Qamuso qardaşlarının,
hәm dә Mәrakeşdә öldürülәn Lasaro Kodesalın xalasıdı,
ya ona oxşar bir şeydi. Heyif ki, Lasaro ölüb, çox cәsarәtli,
çox qoçaq idi, şübhә elәyirsinizsә, onunla Çosko Xaçında
qarşılaşan bir qurumsaqdan soruşun. Dağın cizgilәrini
mavrlar sildi ki, xristianlara desinlәr: әncirlik bura qәdәrdi,
Mәhәmmәdin qanunu belәdi vә hamı ona tabe olmalıdı.
Heç nә çala bilmirәm, nә notla, nә elә-belә vә buna ehtiyac
da hiss elәmirәm. Benisya küçük kimidi, ancaq payızbülbülü
kimi oxuyur; Benisyanın döşlәri balaca, gilәsi iridi.
Mığmığaların әhatәsindә yaşayan San Migel de Businyosdakı
keşişin ona yaxınlaşmasını gözlәyir; keşiş mığmığa dumanı
içindә gәzir, bәlkә dә, onları әbasının altında yetişdirir.
Adeqanın әri, yәni Benisyanın atası Sidran Seqadeni
üzbәüz vurmamışdılar, yoxsa cәsarәt elәmәzdilәr.
– Sizcә, qatillәr adamın üzünә baxırlar?
– Hәr cür olur. Ölünün – hә, ancaq ona da әmin deyilәm,
sağınsa – adamına baxır.
Sidranın qardaşı Lusio Seqadenin çoxlu oğlu varıydı,
deyirdi, hәmişә onlara göz qoyur ki, yollarını azmasınlar.
– Bәsdi nazlarıyla oynadınız! Uşaqların işıqdan gözlәri
qamaşırsa, hәddindәn artıq tәrlәyirlәrsә, әllәri әsirsә, hәmişә
qaşınırlarsa, qoy cәhәnnәm olsunlar; bizә kabuslar yox,
canlı adamlar lazımdı, әsl kişilәr olsaydı, bu qәdәr cinayәtkar
olmazdı.
Çufreteyro Matias Qamusonun çox süst, zәrif bir qadın
olan arvadı Purinya Moskoso vәrәmdәn öldü. Çufreteyronun
221