Page 220 - Sela
P. 220
İLO XOSE SELA

qumarbazlar, Çinin, Yaponiyanın peyğәmbәrlәri, әzabkeşlәri
vә gördünüz axırı necә qurtardı: ölkә qan, sәfalәt, nәcis
içindә batır, adamlar bir-birinin üzünә baxa bilmir, ancaq
baxışları gizlәtmәk lazım deyil, demәk istәyirәm, utanmadan,
çәkinmәdәn baxmaq lazımdı ki, sәnin eyiblәrini bilmәsinlәr,
nәyin necә olduğundan baş çıxarmasınlar, adamları başqasına
qarşı qoymaq lazım deyil, әdavәti aradan qaldırmaq lazımdı,
imkan vermәk lazımdı hәr kәs istәdiyi kimi yaşasın; ancaq
bunu etiraf elәmәk istәmәdilәr, kontor işçilәri әlbir
olmamışdılar, ancaq onu müdafiә etdilәr, qorxu pis
mәslәhәtçidi, qorxağın cibindә hәmişә qatlanan bıçaq,
tapança olar; siz, don Kamilo, dağlıların – qoçaq, davakar
insanların törәmәlәrisiniz, onlar öz әcәli ilә ölmürlәr, amma
bu әsas deyil, adamlar nә üçünsә ölmәlidirlәr, bizim ölkәdә,
bağışlayın, toxumluq adam yoxdu. Babanız vә Maneça
Amieyros Bousas meşәsindә görüşüblәr, babanız sizdәn
yaxşı yaşayırdı, siz boydan hündürsünüz vә yaxşı
geyinmisiniz; ipәk qalstuk, qızıl saat, ancaq babanız yaxşı
yaşayırdı, hündür deyildi, şir kimi qoçaqdı, sizdәn vә
hamıdan da yaxşı yaşayırdı.

Nacinsin doqquz әlamәtinin hamısının bir nәfәrdә
olması çәtin mәsәlәdi, hәmişә әn azı ikisi çatışmır.

– Bәs Mouçoda hamısı var idi?
– Yәqin ki.
Adeqanın nәvәsi çaya baş vurub әliylә daşların arasından,
yarıqlardan alabalıq tutur; alabalıq tutmaq qadağandı,
ancaq dәxli yoxdu. Xila zirәkdi, on iki yaşındadı, iti baxışları,
qәşәng yerişi var, nәnәsinin dediyinә görә, hәlә gәzmәyә
başlamayıb, bәlkә dә, ancaq bilmәk olmaz. Şәhvәtdәn
әziyyәt çәkmәmәk, qadınların tövbәsini qәbul elәyәndә
sarsaqlamamaq üçün gәrәk keşişlәrin uşağı olsun; keşişlәr
gәrәk adamlara kömәk elәsinlәr, onları hürkütmәsinlәr,
әşi, qoy indi dә nә istәyirlәr, elәsinlәr, hәr kәsin öz vicdanı

220
   215   216   217   218   219   220   221   222   223   224   225