Page 224 - Sela
P. 224
İLO XOSE SELA

darbalaq, o da dizә qәdәr, yarığı olmasın, qolu elә tikilir ki,
hәrәkәt elәyәndә qoltuğunun altı görünmür, hәtta örtük
altında da quma uzanmaq qәti surәtdә qadağandır, intәhası,
oturmaq olar.

Sarsaq Keçi quşları vә heyvanları әhlilәşdirmәyi dә
bacarır, bәzilәrini әhlilәşdirmәk nisbәtәn asan başa gәlir,
hәmişә belәdi, anası San-Lourensinyo de Kasfiqeyro yolunda
at belindә ona hamilә qalıb; belә hamilә olan qıza bütün
heyvanlar tabe olurlar; oğlanlara yox, onlar adidilәr, onların
bacarığından asılıdı. Fabian Mingela Karruponun alnındakı
donuz dәrisi qotura oxşayır, saçı seyrәk, alnı ensizdi,
nacinslik üçün kifayәtdi, bu tip adamların bәdbәxtliyi
ondadı ki, öz simalarını nә qәdәr gizlәtsәlәr dә, daha artıq
üzә çıxır; dam altında çalışanların hamısı oturaq işlә
mәşğuldu; Allaha şükür ki, Karrupoların heç dә hamısı
nacins deyil, çox layiqlilәri, hörmәtlilәri dә var.

– Bәs onlar hardandılar?
– Bunu heç kim bilmir.
Mәrakeşdәn taxta ayaqlarla qayıdan Monço Preqisasın
dünyada әn çox Quayakildәn xoşu gәlirdi.
– Amsterdamdan da yaxşıdı, tamam başqa cürdü, ancaq
yaxşıdı! Quayakildә adaxlım varıydı, mumlu skipidarla
taxta ayaqlarımı parıldayana qәdәr silirdi, adı Qızıl Çiçәk
Kotokaçi Lopes idi; çox gözәldi, yekә döşlәri varıydı, ancaq
gözәldi, bilmirәm başına nә gәldi, yәqin, ölmüş olar...
Monço Preqisasın dediyinә görә, Bastianinyo çimәrliyindә
çanağı açıq-qәhvәyi rәngdә olan çox nadir ilbizlәrә –
kuruçetı kuruçinilәrә rast gәlinir, onları yemәk olmaz, çox
zәhәrlidilәr, ancaq onlara nәfәs versәn, açılırlar, çanaqdan
xırdaca ifritә uçub çıxır, çox cәlddilәr, tutmaq çәtindi,
hündürdәn uçurlar, ancaq Luqo sakinlәri onları tutmağı
bacarırlar, Orense sakinlәri onlarla pis davranırlar, oda
verirlәr, qadın boyda olanda özlәrinә qulluqçu elәyirlәr.

224
   219   220   221   222   223   224   225   226   227   228   229