Page 225 - Sela
P. 225
İki ölü üçün mazurka
Adeqa Monço Preqisasın nişanlısı idi, sonra ayrıldılar.
Adeqa tez-tez tәkrar elәyir:
– Kim qan axıdırsa, Tanrı onun canını alır, İlahinin
hökmüylә o, qan qusaraq ölәcәk, Rәbbim qatillәri bağışlamır,
daşın altında gizlәnsә dә, hәmişә tapacaq, Tanrının yaddaşı
yaxşıdı, ona görә Cәhәnnәmi yaradıb.
Kasandulfların Raymundosu dikbaş Mouço Fabian
Mingela ilә qarşılaşır.
– Axmaqlıq elәmә, Fabian, balaca qәsәbәdi, burada ha-
mı bir-birini tanıyır.
– Mәn istәdiyimi elәyirәm, mәnә ağıl öyrәtmә.
– Yaxşı.
Raymundo bizim kuzinamız Ramonaya narahatçılığını
bildirir, çünki mәsәlә qәlizlәşib.
– Baldomero Afuto gizlәnmәk istәmir, mәncә, nahaq
yerә, әlisilahlı adamdan nә desәn çıxar, onu Selaya,
Venseasların evinә göndәrmәk lazımdı, onunla danışdım,
o istәmir, sәnsә bilirsәn, Sela lap Portuqaliya sәrhәddindәdi.
– Bolonkalar qocalanda pis olurlar, tüklәri tökülür,
Uayld artıq qocalıb. Raymundo kuzinamız Ramonaya rus
tazısı bağışlayıb, “Şahzadә” çağıranda hay verir.
– Adını dәyişәk?
– Yox, lazım deyil, baxaq görәk nә olur.
Pişik Kinq dә cavan deyil, ancaq axtalandığına görә
yaxşı qalıb, hәr şeyә tab gәtirir; Rabeçonun tutuquşusu
tez-tez şüvülә çıxıb düşür, tüklәri solub, aydındı ki, buranın
iqlimi ona yaramır; tutuquşunun adı yoxdu, onu Rokambol
çağırırdılar, ancaq bu yaxınlarda adsız qaldı, – işә bax da!
– tutuquşu üşümәyәndә qışqırır: Yadında saxla, Kral
tutuquşusu ispanlar üçündü! Repertuarı böyük deyil, amma
San-Rozario duasını da bilir.
– Mәncә, – Raymundo deyir, – müharibәyә qadınlar
getmәlidi, müharibәyә ancaq belә son qoymaq olar, qadınlar
225