Page 218 - Sela
P. 218
İLO XOSE SELA

Bainte sarı çiçәklәri olan naz saplağı kimidi; dünyanın hәr
guşәsi öz tarazlığını itirmәdәn sakitcә yırğalanır vә nәyisә
dәyişmәk çox risklidi. Katuxa Bainte islanmış döşlәri
yırğalana-yırğalana dağlarda qaçmağı xoşlayır – gözәldi!
Doqquz Qamusonun әn böyüyü Baldomero Afuto iki, ya
üç il әvvәl iki polisi tәrksilah etmişdi, Baldomero Afutonun
qolunda döymә var: ilan dolanmış çılpaq qadın, bu da
qızlara xoş gәlir. Afutonun heç otuz yaşı da olmaz, daha
bundan artıq böyümәyәcәk, valideynlәri qatar qәzasında
hәlak olublar, xurd-xәşil olmayıblar, boğulublar. Tanis
Perelyo qardaşı Afutodan güclüdü, hamısından güclüdü.
Tanis Perelyo yumruğuyla öküzü yıxır. Benisyanın anası
Adeqa akkordeonu qardaşından pis çalmır, әn yaxşı da
“Fanfinetta”nı çalır; Adeqanın әrini, qızı Benisyanın әri
demәk istәyirәm, Mendes Qardaşın Hәvarisi deyә
çağırırdılar, yәqin, Portuqaliyaya qayıdıb, ondan bir sәs-
sәmir yoxdu, Adeqa, Benisya demәk istәyirәm, özü dә
bilmir duldu, ya әrli arvad, әslinә qalsa, bu elә dә vacib
deyil. Bu yaxınlarda V.Georq vәfat etdi, torpağı nurla
dolsun, taxta Uels şahzadәsi çıxdı. Adeqa göz gördükcә
uzanan yurdun yaddaşıdı, sonra Leon krallığı, Portuqaliya
sәrhәddi, xaric vә mavrların torpağı gәlir; dağların cizgilәri
çoxdan itib, hansının harda olduğunu heç kim xatırlamır.
Futbol komandamız ilk dәfәdi öz meydançasında mәğlub
olur: İspaniya – Avstriya, 4:5. Redyard Kiplinq dә öldü,
anlaşılmaz şeylәr baş verir, mühitin harmoniyası, deyәsәn,
itib.

– Nә deyirsiniz?
– Eşitdiyini deyirәm: deyәsәn, mühitin harmoniyası
itib, bunu padre Santisteban keçәn il Yeddi Söz haqqındakı
moizәsindә deyib.
Yurdun yaddaşı Adeqa ispanca yaxşı danışır, cadu
elәyir, hәm dә cadunu götürә bilir: Tanrım İsa Mәsih,

218
   213   214   215   216   217   218   219   220   221   222   223