Page 217 - Sela
P. 217
İki ölü üçün mazurka

Ramona Faraminyasın yeddi diapazonlu radioqәbu-
ledicisi “Telefunken”in qiymәti min pesetdi, nadir hallarda
ondan istifadә edir, ancaq yaxşı radioqәbuledicidi.
Baqaneyralı Polikarpo nәyi desәn әhlilәşdirsә dә, qabanla
bacarmır, qaban küt vә fәrasәtsizdi, hәvәsi dә yoxdu,
qabanın beyni külәşdәn, ya süngәr daşındandı. İş dolaşanda,
әn yaxşısı qınına çәkilib mәsәlә aydınlaşana qәdәr
gözlәmәkdi. Baqaneyralı Polikarponun sağ әlinin üç barmağı
yoxdu, iki-üç il, ya daha çox – beş-altı il әvvәl atları qovanda
ayğır gәmirib. Hәrdәn elә gәlir, gün çıxmaq istәyir, sonra
üzünü gizlәdir vә yenә hәr şey tәkrarlanır. Robin Lebosen
gündәlik tutmaq istәmir, ağlına da gәtirmir ki, mәxluqlardan
әn fәrsizi vә sürü instinktiylә yaşayan insan hәr şeydәn tez
bezir, möcüzәni, Mәsihin gәlişini sevir; әn pis dişlә zәrbәsi
nәbzin, iştahanın, bәzәn isә ağlın itmәsinә sәbәb olanıdı.
Qaban hәmişә eyni cığırla gedir, ona görә bıçaqla öldürmәk
olur; Baqaneyralı Polikarpo on dördünü, ya on beşini
öldürüb, biri ağır yaralı halda qaçıb, ancaq onu
tapmadıqlarına görә sayılmır; dәllәyin ölümüylә, bir yığın
medalı olan generalın ölümü eyni deyil; Lebosanın yaxşı
hafizәsi var, “Milli vaqiәlәr”i1 çәtinlik çәkmәdәn yadında
saxlayır.

Lasaro Kodesal yemәdәn, içmәdәn Tizi Azza döyüş
mövqeyindә şәrәfsizcәsinә ölüb, bu, müharibәdә dә pisdi –
qәfildәn başlayırsan qoxumağa. Qaudensio Beyra yaxşı
akkordeon çalır, onun kimi çalan görmәmişәm. Qaudensio
Beyra kordu, artıq bir neçә ildi gәnc arvadbazların donya
Pura deyә çağırdıqları Parroçanın әxlaqsızlıq yuvası olan
evindә akkordeon çalır. Kor Qaudensionun bacısı qızı
Benisyanın döşünün gilәlәri şabalıd boydadı, özüm
görmәmişәm, elә deyirlәr. Martinidәn olan kәmağıl Katuxa

1 “Milli vaqiələr” – tanınmış ispan yazıçısı Peres Qaldosun (1843–1920) silsilə
romanları

217
   212   213   214   215   216   217   218   219   220   221   222